Azərbaycan eksperti ilə Rusiya qonaqlarının söhbətindən ən parlaq hissələri dərc etməyə davam edirik. Yeni epizodda iştirakçılardan biri ölkələrimizin birgə layihələrinin nəyə istiqamətləndirildiyini izah edir.
00:29
interview
6 096 просмотров
Azərbaycan ekspertinin Rusiya nümayəndələri ilə söhbətindən növbəti epizodu dərc edirik. Yeni fraqmentdə qonaq xaricdən tətbiq edilən neolibertarian iqtisadi nəzəriyyənin niyə ölkələrimizin qarşısında duran problemləri effektiv şəkildə həll etməyə imkan vermədiyini izah edir.
00:48
interview
6 567 просмотров
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-fevral aylarında 218 min Azərbaycan vətəndaşı xarici ölkələrə səfər edib, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3% çoxdur. Gürcüstana səfərlərin sayı ən çox artıb – 1,5 dəfə. Həmçinin 2023-cü ilin ilk iki ayında Azərbaycana dünyanın 148 ölkəsindən 232,5 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib, bu da ötən illə müqayisədə 1,5 dəfə çoxdur.
Azərbaycanın İcbari Sığorta Bürosu bildirib ki, bu ilin sonuna kimi bütün ölkə üzrə adi kağız sığorta polislərindən imtina etmək qərara alınıb. Eyni zamanda, bu, yaxın iki ayda daşınmaz əmlak sənədlərinə təsir edəcək.
2023-cü il martın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 135 min 373 nəfər olub. Ölkənin 1 kvadrat kilometrinə 117 nəfər düşür. Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini isə kənd sakinləri təşkil edir. Ölkədə kişilər - 49,8 faizi, qadınlar isə 50,2 faizdir. Statistikaya görə, hər 1000 kişiyə orta hesabla 1010 qadın düşür.
Bu gün biz ölkəmizin ümummilli liderinin anadan olmasının yüz illiyini qeyd edirik. Doğma torpağının inkişafına və qonşu dövlətlərlə dostluq əlaqələrinin möhkəmlənməsinə onun verdiyi töhfələrdən videoda danışırıq.
01:00
news
4 741 просмотр
Mayın 17-dən 21-dək paytaxtın Milli Gimnastika Arenasında "Shine like a star" (Ulduz kimi parla) devizi altında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçiriləcək. Burada 38 ölkədən gimnastlar iştirak edəcək. İdmançılar fərdi proqramda və qrup məşqləri proqramında çıxış edəcəklər. Fərdi proqramda böyüklər, qrup hərəkətlərində kiçiklər komandası 18, böyüklər komandası isə 10 nömrə altında çıxış edəcəklər.
Ekspert qruppu sürücülük vəsiqələrinin verilməsi qaydalarına dəyişiklik edilməsini təklif edir. Yeni sürücülük vəsiqəsinin sahibləri üçün sınaq müddətinin verilməsi təklif edilir. Bu müddət ərzində sürücü ciddi qayda pozuntularına yol verərsə, onun sürücülük vəsiqəsi məhdudlaşdırılacaq. Onları qəbul etmək üçün yenidən müvafiq prosedurlardan keçməli olacaq.
  • Класс
Laçında içməli su təchizatı sistemləri bərpa edilir. Su mənbəyindən şəhərə 10 km uzunluğunda magistral su xəttinin çəkilməsi nəzərdə tutulur. Artıq işlərin 70 faizi yerinə yetirilib. İçməli su 3 nasos stansiyasında çoxpilləli nasoslar vasitəsilə şəhərə çatdırılacaq. Şəhərin fasiləsiz su təchizatı üçün ümumi tutumu 4 min kubmetr olan doqquz su anbarının tikintisi və bərpası da davam etdirilir.
Показать ещё