Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib: “Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısının alınması məqsədilə 30 yanvar 2021-ci il tarixində Azərbaycanın Ağdam rayonunda təşkil edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin başa vurulması istiqamətində görülən işlər tərəflərin qarşılıqlı koordinasiyası şəraitində davam edir”.
“Ermənistan rəhbərliyi istəyir ki, Azərbaycanın sərhəd erməni kəndlərinə yaxınlığı həmin ərazilərin sakinlərini narahat etməsin”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfəri zamanı Kiranç kəndinin sakinləri ilə görüşündə deyib. “Bizim məqsədimiz ondan ibarətdir ki, siz narahatlıqla “Azərbaycan 50 metr məsafədədir” demək əvəzinə, “Nə yaxşı ki, Azərbaycan 50 metrliyimizdədir, biz orada ticarətlə məşğul olarıq, təsərrüfat qurarıq” deyəsiniz. Eyni zamanda, avtomobillərin keçəcəyi və buna görə Ermənistana ödəniş ediləcəyi buraxılış məntəqəsi də inşa etmək olar”, – deyə Paşinyan qeyd edib. Ermənistanın baş naziri, həmçinin qeyd edib ki, gələn həftədən etibarən Tavuş kəndlər
  • Класс
📍Встреча премьера Армении Никола Пашиняна с жителями Воскепара (Аскипара) в Тавуше (Товузгала) завершилась, - армянские СМИ.
Показать ещё