Allahın Salam və salavatı olsun həzrət Muhəmmədə və onun pak Əhli-beytinə.
Allahın Salamı olsun siz dəyərli izləyicilərimizə və mömin qardaş - bacılarımıza.
Çalışın əməldə müsəlman olun dildə yox!
İMAM MƏHDİNİN (Ə.F) qeybdə olması barədə xəbərlər
- Cİ HİSSƏ
Kahili belə rəvayət edir: Əbu Abdullah (ə) buyurdu:
“Qohumlarınıza baş çəkin, bir-birinizə yaxşılıq edin, (dostlarımıza) şəfqət göstərin. Dəni yarıb canlıları yaradana and olsun! Sizin üçün elə bir vaxt gələcək ki, heç biriniz dinar və dirhəmini verməyə bir yer tapmayacaq. Yəni Qaim (ə) zühur etdiyi zaman Allahın və vəlisinin fəzli ilə insanlar ehtiyacsız olacaqlar və bu səbəbdən (sədəqə) verməyə yer tapılmayacaq. Mən soruşdum: Bu, nə zaman olacaq? İmam (ə) buyurdu: İmamınızı itirdiyiniz zaman. Siz daim bu vəziyyətdə olacaqsınız. Nəhayət o, ümidsizliyin son həddinə çatdığınız zaman günəş kimi parlayacaq. Məbadə şəkk və