Nə gözəl yaratmış Yaradan səni
Baxdıqca inçitmə səndən göcəni.
Kimsə anlamaz kimsənin dərdini
Yuva qurmadim sizdə gözəl kəndim.
--------------------------------------------------------
Gödəyli kəndi ana vətənimdi
Dağ Sarvan sevimli ürəyimdi.
Dört kəndin seçilmiş mərkəzidi
Sizə baxıb, darıxıram gözəl kəndim.
----------------------------------------------------------
Neynəyim, mən yazıq bəxti qara
Həsrət qalmışam uça dağlara.
Dağlardan axan soyuq bulaqlara
Sizsiz çox darıxıram gözəl kəndim.
-----------------------------------------------------------
Atam kəsərdi əmliy quzunu
Şaşlik çəkib vurardı duzunu.
Qaynar qaynar içərdiy sokunu
Atasız yetim qaldım gözəl kəndim.
İlahiyyatçı Hüsey