*İsmail ibn Müslim İmam Sadiqdən (ə), o da öz ata-babalarından Allah rəsulunun (s) belə* *buyurduğunu nəql edir:
“Xəstəlikdən qorxaraq yeməkdən pəhriz saxlayanın Cəhənnəmdən qorxaraq öz günahlarından pəhriz*
*saxlamamasına təəccüb edirəm.”*
*Şeyx Səduq (r.ə) Əl-Əmali(tər) s.214.
İmam Əli (ə) Kufə yaxınlığındakı qəbristanlığa çatıb belə buyurdu:
"Ey vəhşətli, ot-ələfsiz, susuz yerdə, zülmət qəbirlərdə yatanlar! Ey torpaq əhli!
Ey qəriblər!
Ey tənhalar!
Ey vəhşət içində olanlar! Siz bizdən irəli düşdünüz, tezliklə sizin arxanızca biz də gələcəyik.
Bilin ki, siz öləndən sonra evlərinizdə başqaları sakin oldu, həyat yoldaşlarınız ailə qurdu, mal-dövlətinizi bölüşdürdülər.
Bu, bizim bildiklərimizdir. Bəs, sizdə hansı xəbərlər var?"