Hər insanın mənəvi qidaya ehtiyacı var. Bu qida müntəzəm verilməzsə, insanın daxilində boşluqlar meydana gəlir. Bu boşluqlar genişləndikcə insan mənən ölür. Digər tərəfdən, mənəvi boşluqları maddiyyatla doldurmağa çalışmaq əbəsdir. Ən dadlı və faydalı mənəvi qida imandır. Çünki iman hər dərdə dərmandır. İmanlı insanda zərrə qədər ümidsizlik olmaz.