Левая колонка
Balalarım düşüb yadıma
Beş gündürki üzlərini görmürəm,
Uşaqlarım yaman düşüb yadıma.
Beş gündürki qoxusunu almıram,
Uşaqlarım yaman düşüb yadıma.
Ayrılığa dözənmirəm nə edim?
Yol uzaqdı gedənmirəm nə edim?
Öz halımı güdənmirəm nə edim?
Uşaqlarım yaman düşüb yadıma.
Belə bir hal mənim üçün dəm gəlir,
Gözüm dolur,gözlərimə nəm gəlir
Balalarım mənə yaman şən gəlir.
Uşaqlarım yaman düşüb yadıma.
Bu Allahın sınağıdır deyirəm,
Mənə olan marağıdır deyirəm.
Zirvəlinin sorağıdır deyirm.
Uşaqlarım yaman düşüb yadıma.
19.01.2024.Olağın
Eləki gəldi yetişdi vaxtı, vədə
Ola bilməzki dirəşib sağ qalağın.
Qarnımızçün etmərik şikayət biz,
Qədrimizçün yaşayıb,var olağın.
Demirəm sərvətim olsun nə qədər,
Demirəm ömür keçə boş və hədər,
Üzməsin yaxşıları qüssə, kədər
Deyirəm biraz keyfi cağ olağın.
Çəkməsin həyat bizi imtahana.
Düşməyək nə şərə,nədə böhtana
Sözü düz, qanı təmiz bir insana
Dünyada biz gərək dəstək olağın.
Olmasın bir kimsənin üzündə qəm,
Nə ürəkdə kədər olsun,nə gözdə nəm
Yaşasın ömrünü şadiman, xürrəm
Belə yaşamağa səhman olağın.
Seymuram həyatda üzüm gülmədi,
Çoxları çoxunun qədrin bilmədi.
Nəfəs' birdə gördün getdi gəlmədi.
Bunları anlayıb, insan olağın.
19.01.2024.Çox dərindir dost sözünün mənası,
Onu hər nadan,naşı anlamaz.
Hər yetən gədədən,axmaqdan bilin,
İnsana vəfalı,sadiq dost olmaz.
Biri süfrə dostu,bir can dostu
Biri gərək dostu,biri qan dostu
Kimə gərəkdir ki, şöhrət- şan dostu
İndi ürək dostu yoxdu, tapılmaz.
Abır yoxa çıxıb,həyasa yoxdur
Çoxlarının indi həyası yoxdur,
Bəzilərinin halal mayası yoxdur
Kişiynən qadının dostluğu olmaz.
Sevgiyə çevrilir dostluqlar nədən?
İki can birləşib olur tək bədən,
Bir dişi aslandan erkəklik güdən
Alçaqda, nadanda şərəf tapılmaz.
Seymur neyləyirsən fikir eyləyib,
Bunu səndən qabaq de kim söyləyib?!
Bunu ta qədimdən babalar deyib.
Zatı qırıq olanın həyası olmaz...
Özünü atəşə atma ay usdat
O zalım, insafsız üzünə baxmaz.
Heyif olar o saralan yanaqlar,
Çeşmeyi giryan gözünə baxmaz.
Qoy mən deyim hardan alırlar ilham,
Qız anası verir qızına imkan.
Dəyişsə bu aləm,dəyişsə devran
Beləsi inanki sözünə baxmaz.
Ömrünü gözəl sür keçməsin yaman,
Başının üstünü almasın duman.
İndi nə canan var, nə əhdi peyman
Canından keçsəndə yazına baxmaz.
Seymur deyər belə eşqi saymaram,
Yaxın gələ ürəyimə qoymaram.
Keçmişdəki saf sevgidən doymaram,
Hərdən dönüb keçmiş izinə baxmaz.
06.07.2020.
Bu cür sözlər yazmaq ilə,
Coşdurursan məni, şair.
Biraz ordan,biraz burdan
Çaşdırırsan məni, şair.
Gözəl sözlər yazıb Mövlan,
Tərsə gedir indi dövran.
Demə mənə kamil insan
Mən olmuşam dəli şair.
Ömür gedir, vaxt daralır
Başmızın üstün qar alır,
Huşum itir, göz qaralır
Bəlkə oldum ölü şair.
Bulud ağlar, çəmən gülər
Çiçək ətri gözəl gələr,
Qədrini az insan bilər
Çəmənlərin gülü şair.
Seymur yazar həqiqəti,
Heç unutmaz təriqəti.
Yada salır şəriyəti
Var mənsəbi,dini, şair.
03.07.2020.
На этом пока всё
Войдите в ОК, чтобы посмотреть всю ленту
Друзья241
- Гусейн ГСВГБаку
- BAKI AZERBAYCANBaku
- QERIBE HEYATBaki
- Rasim SuleymanliDashkesan
22 подписчика
Подарки
Группы21
- TOP Football228168 подписчиков
- BYTM-AKADEMIYA-2009-201211 подписчиков
- 🇦🇿HAŞİMOV POLAD 🇦🇿 ╚►♥🇦🇿 ♥◄╝19962 подписчика
- ๑♥๑DaRiXiR XaTiReLeR๑♥๑155 подписчиков