MARAQLI HEKAYƏLƏR"Mərhum Əllamə Əmininin oğlu atasının vəfatından sonra Nəcəfdən Tehrana getmək istəyəndə Ayətullah Seyyid Məhəmmədtəqi Əli Bəhrulülumla xudahafizləşməyə gedir.
Alim ona bir əhvəlat danışır:
Mərhum Əmini ağanın vəfatından sonra düşünürdüm ki, ömrünü Həzrət İmam Əli (ə) ağaya fəda etmiş bu insanla axirətdə Mövla Həzrət İmam Əli (ə) ağanın rəftarı necə olacaq? Bu barədə çox fikirləşirdim.
Bir gün yuxuda gördüm qiyamət qopub, həşr aləmidir.
Səhrada toplanmış əzəmətli cəmiyyət bir istiqamətdə baxır.
Soruşdum ki, hara baxırsız?
Dedilər Kövsər hovuzu ordadır.
Yaxına getdim.
Külək hovuzdakı suyun üzünü ləpələndirirdi. Həzrət İmam Əli (ə) hovuzun kənarında dayanmışdı.
Büllur stəkanla
"Əbu Bəsir: Şiələrdən biri ilə İmam Sadiqin(ə.s) yanına gəldik. O Həzrətə(ə.s) ərz etdim: "Sənə fəda olum, ey Allah Rəsulunun övladı! Mən (bəzən) səbəbini bilmədən qəmgin və qüssəli oluram!". İmam Sadiq(ə.s) buyurdu: "O qəm və şadlıq bizdən sizə yetişir. Əgər bizə bir qüssə və ya şadlıq üz verərsə sizə də çatar. Çünki, biz (Əhli-Beyt) və sizlər Allahın nurundanıq".
İləlul-Şəraye, səh.93, hədis 2"