Bu Sevgi Məktubu Müqəddəs Kitabın əsasında hazırlanıb.
Övladım, sən məni tanımazkən, Mən səni tanıyirdim.(Məzmur 139:1) Mən sənin nə vaxt oturub qalxdığını bilirəm. (Məzmur 139:2) Sənin bütün yollarrını belə bilirəm. (Məzmur 139:3) Başındakı tükləri belə bir-bir saydım.(Matta 10:29-31) Ona görə ki, səni Öz surətimdə yaratdım.(Yaradılış 1:27) Mənim içimdə yaşıyırsan, hərəkət edirsən və Məndəsən.(Həvarilərin İşləri 17:28) Ana bətninə düşmədən öncə səni bildim və yaradılışdan öncə səni seçdim və səni planladım.(Yeremya 1:4-5) Sən bir xəta və təsadüf deyiilsən, bilməlisən ki, günlərin kitabımda yazılıdır.(Məzmur 139:15-16) Doğum saatın və yaşayacağın yerlərin mən seçdim.(Həvarilərin İşləri 17:26) Səni mükəmməl və əla yaratdım. (Məzmur 139:14) Sənə ana bətnindəykən mən quruluş verdim. (Məzmur 139:13) Və doğulduğun gün Mən səni ana bətnindən çıxartdım.(Məzmur 71:6) Məni tanımayanlara səhv təmsil edildim.(Yəhya 8:42-44) Mən səndən uzaqlarda qəzəb dolu deyiləm. Mən Sevginin Tək qaynağıyam.(1 Yəhya 4:16) Və mənim arzum bu Sevgiylə səni məst etməkdir, çünki sən Mənim övladımsan və Mən sənin Atanam. (1 Yəhya 3:1) Sənə olan hədiyyələrim dünyadakı atanın verə biləcəyindən də çoxdur.(Matta 7:11) Çünki Mən hər an kamil bir olan Atayam. .(Matta 5:48) Aldığın hər nemət sənə Məndən gəlir (Yəqub 1:17 Çünki Mən sənə sahib çıxanam və bütün qarşılaşdığın çətinliklərdə sənə doğru yolu göstərirəm.(Matta 6:31-33) Ehtiyaclarını bilirəm, sənin gələcəyin haqda planların ümid doludur.(Yeremya 29:11) Çünki səni əbədi bir Sevgiylə sevirəm.(Yeremya 31:3) Dənizdəki qum dənələrinin sayınan çoxdur səni düşündüyüm.(Məzmur 139:17-8) Heç bir vaxt sənə yaxşılıq etməkdən vaz keçməyəcəm.(Yeremya 32:40) Səni gücləndirmək Mənim ürəyimdəki və Ruhumdakı ən böyük arzudur.(Yeremya 32:41) Sənə bilmədiyin və dərk etmədiyin şeyləri göstərmək istəyirəm.(Yeremya 33:3) Bütün ürəyinlə və bütün canınla axtarsan Məni tapacaqsan.(Qanunun Təkrarı 4:29) Məndən zövq alsan ürəyinidəki bütün istəklərinə çatdıracam. (Məzmur 37:4) Bu istəkləri sənin ürəyinə qoyan da Mənəm.(Filiplilərə 2:13) Dilədiyindən və düşündüyündən da çoxunu etmək qüdrətindəyəm.(Efeslilərə 3:20) Səni sonsuz şəkildə ürəkləndirən Mənəm. (2 Salonikllilərə 2:16-27) Hər cür sıxıntıda da sənə təsəlli verən bir Atayam. (2 Korinflilərə 1:3-4) Qəlbin qırılanda sənə ən yaxın olan Mənəm. (Məzmur 34:19-2020) Çoban quzunu necə qucağında gəzdirirsə, Mən də səni eləcə bağrımda gəzdirirəm.(Yeşaya 40:12) Bir gün bütün göz yaşlarını siləcəyəm.(Vəhy 21:3-4) Və səni üzən bütün qəmi-qüssəni yox edəcəm.(Vəhy 21:4) Mən sənin Atanam və səni Oğlum İsanı sevdiyim kimi sevirəm.(Yəhya 17:23) Çünki sənə olan sevgimi Oğlum İsa vasitəsiylə göstərdim.(Yəhya 17:26) Isa Mənim Öz varlığımın görüntüsüdür.(İbranilər 1:3) Və Onun vasitəsiylə sənə qarşı olmadığımı sübut etdim, sənə günahlarını saymayacağını bildirirəm. (Romalılara 8:31) Sən və Mənin barışmağım üçün İsa Məsih öldü.(2 Korinflilərə 5:18-19) Onun ölümü sənə olan Sevgimini ən uca zirvəsidir.(1 Yəhya 4:10) Sənin Sevgini qazanmaq üçün Mən ən qiymətli şeylərdən vaz keçməyi əsirgəmədim.(Romaılara 8:31-32) Oğlumun sənə olan hədiyyəsini əgər qəbul etsən Məni qəbul etmiş olarsan.(1 Yəhya 2:23) Və heç kim artıq bizi bir-birimizdən ayıra bilməz. (Romaılara 8:38-39) Mən Atayam və həmişə Ata olaraq qalacağam.(Efeslilərə 3:14-15) Və indi səndən soruşuram, Mənim övladım olmaq istəyirsənmi? (Yəhya 1:12-13) Mən qucağımı açdım və səni gözləyirəm.(Luka 15:11-32)
SEVGİLƏRİMLƏ ATAN UCA TANRI!
Bu Sevgi Məktubu Müqəddəs Kitab Bibliyanın əsasında hazırlanıb.
(TÖVRAT, ZƏBUR, İNCİL)
Hər şeyi yoxdan yaradan, yerin və göyün tək Tanrısı, sonsuz qüdrət sahibi, yaratdıqlarını əbədi məhəbbətlə sevən, əvvəli və axırı olmayan böyük yaradan Tanrı Sənə dua edirəm.İlk öncə Sənin Önündə günahlarımı etiraf edib bütün günahlarımdan tövbə edirəm, məni bağışla, mənə rəhm et.Həyatımı dəyiş, Sənə ibadət və xidmət etmək istəyirəm.Sənə yalvarıram məni qəbul et, məni təmizlə, mənə güc ver.Sənin müdafiən altında yaşayıb, və heç vaxt çıxmayım, Səndən uzaqlaşmayım.Qəlbimi sevginlə doldur, məni sevgi dolu et ki, Səni və bütün yaratdıqlarını sevə bilim.İsa Məsihin bütün insanların günahı uğrunda ölüdüyü kimi mənim də günahlarım uğrunda öldüyünə və 3 gün sonra dirildiyənə iman edirəm.Məni bütün günahlardan azad et, şərdən qoru və bütün zəifliklərimi yox et.Həyatımın hər anı Sənin iradən və istəyin olsun.Məni əbədi Özünə bağ la.Ya Rəbb içimdə Səni tatımaq arzusu heç vaxt ölməsin.Mənə güc və cəsarət ver ki, Sənin Kəlamını insanlara təbliğ etməyə qorxmayım və utanmayım.Sənə yalvarıram Müqəddəs Ruh ənamını mənə də ver ki, mən də yenidən doğulum.Mənə saleh həyat yaşamaq üçün kömək et.Şərin və şər xidmətçilərinin mənə olan bütün fitnələri yox olsun.Hər günüm hüzur və sülh içində keçsin.Daim Müqəddəs Adın həyatımda izzətləsin.İnsalara mənim vasitəmlə nur və sevgi göstər.Vasitəmlə əsirlikdə olan çox adam xilas et.Həmişə Sənə bağlı olum və Səndən heç vaxt uzaqlaşmayım.İsa Məsihin Adıyla, Amin!
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 2