Информация nadir доступна только авторизованным пользователям.
Все заметки
Фид
28 сен 2022
İmam Musa ibn Cəfər (ə) buyurub: "Hüseynin (ə) haqqını, hörmətini və vilayətini tanıyaraq Fərat çayı sahilində onu ziyarət edənin ən aşağı savabı keçmiş və gələcək günahlarının bağışlanmasıdır".
قال أبو الحسن موسى بن جعفر (عليهما السلام): أدنى ما يثاب به زائر الحسين (عليه السلام) بشط الفرات إذا عرف حقه وحرمته وولايته ان يغفر له ما تقدم من ذنبه وما تأخر.
(İbn Qavləveyh Qumi (r), "Kamiluz-ziyarat", səh 263, bab 54, hədis 4)
İmam Hüseynin (ə) haqqını, hörmətini və vilayətini tanımaq ziyarətin qəbul şərtlərindəndir. Əgər zəvvar bu şərtlər əsasında ziyarətə getməsə, nəzərdə tutulan savablara yetişməz. Hər bir İmam Hüseyn (ə) zəvvarı aşağıdakı etiqada sahib olmalıdır ki, ziyarəti kamil və məqbul sayılsın:
1) On iki imamın (ə) vilayətinin dəlillərini Quran və sünnədən bilmək
2) Peyğəmbərdən (s) sonra on iki imama (ə) itaət etməyi zəruri bilmək
3) On iki imamı (ə) məsum bilmək
4) On iki imamın (ə) buyuruqlarına müxalif olan fikir və əqidələrdən uzaqlaşmaq.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев