“Belə bir millət var - bakılılar...” – məşhur mahnıda oxunulur. 1 iyulda Bakılılar gününü qeyd edirik.
Bakı dünyanın ən beynəlxalq şəhərlərindən biridir. Burada 70-dən çox millətin nümayəndəsi yaşayır. Bakılıların ləhcəsi Azərbaycan və rus dillərinin bənzərsiz qarışığı sayəsində bütün dünyada tanınıb - məhz bu xüsusiyyətinə görə bakılı hər zaman doğma ruhu tanıyır.
Respublikamızın paytaxtına istedadlı həmyerlilərimiz də şöhrət qazandırmışlar. Tahir Teymur oğlu Salahov Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olmuşdur. Müslüm Maqomayevin mahnıları zamandan və milliyyətdən kənarda qalır, əsl dünya şöhrətli musiqiçi Polad Bülbüloğlu isə Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli