Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, millinin 2 üzvü qələbə qazanaraq finala yüksəlib.
Maqsud Xasmetov (60 kiloqram) yarımfinalda Denis Parilovu (Rusiya) məğlub edib. İkinci raundda tam üstünlüklə qalib gələn boksçu finalda Dilşod Abdumurodovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.
Ruslan Rüstəmov (63,5 kiloqram) da həlledici görüşə vəsiqə qazanıb. O, yarımfinalda Nikita Birenkovdan (Rusiya) üstün olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Rüstəmov finalda Sandan Sandarovla (Rusiya) qarşılaşacaq.
Digər boksçularımızdan Ümid Rüstəmov (57 kiloqram) Maksim Pankova (Belarus), İlqar Salahov (67 kiloqram) Ruslan Abdullayevə (Özbəkistan) və Mirşərif Kazımzadə (75 kiloqram) Yeqor Şapoçanskiyə (Rusiya) məğlub olduqları üçün yarışı bürünc medalla başa vurublar.
Qeyd edək ki, finallar bu gün baş tutacaq.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1