Предыдущая публикация
Festivalda Azərbaycan nümayəndələri əl işləri, folklor və milli musiqiləri və mətbəxləri təmsil olunublar. Festivalda həmvətənlərimiz ziyarətçilərə ölkəmiz haqqında ətraflı məlumat verib, milli geyimlərimiz, musiqimiz və mətbəximizin ləziz təyamlarını nümayiş etdiriblər. Həmvətənlərimiz qonaqlara şəkərbura, paxlava bişirib, onlara ləziz Azərbaycan çayı təqdim ediblər. Milli geyimlərdə olan azərbaycanlı şagirdlər səhnədə "Ağçiçəyim", "Nəlbəki" və "Yallı" rəqslərini ifa ediblər. Azərbaycan rəqsləri qonaqlar tərəfindən maraqla qarşılanıb.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев