Sara Qədimova əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Müğənnilik fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınmış, dinləyicilərin böyük məhəbbətini qazanmışdır. Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalmaqdadır. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılmışdır. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirməyə müvəffəq olmuşdur.
Sara Qədimova müğənni Akif İslamzadənin anası, xanəndə Hacıbaba Hüseynovun baldızıdır.
Allah rəhmət eləsin!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1