Həbs edilən qohumları
1937-ci il hadisələrində M.Ə.Rəsulzadənin nəinki ailəsi, eyni zamanda əksər qohumları da həbs edildi, sürgünə göndərildi. Bacanağı, tanınmış yazıçı Seyid Hüseynə 1937-ci ildə 10 il həbs cəzası verildi, sonradan isə güllələndi. Seyid Hüseynin həyat yoldaşı şairə Ümgülsüm xanım həbs olunaraq 8 il azadlıqdan məhrum edildi, uzaq Mordovaya göndərildi. Övladları Seyid Hüseynin bacısı qızı Səyyarə xanımın himayəsində yaşadı. M.Ə.Rəsulzadənin digər qohumunun - Məhəmməd Əli Rəsuloğlunun da ailəsinin aqibəti acınacaqlı olub. M.Ə.Rəsulzadənin yaxın əqidə dostu olan M.Ə.Rəsuloğlu onun əmisi oğlu və Müsavat Partiyasının qurucusu idi. Özü mühacirətə getdikdən sonra həyat yoldaşı Raziyə xanımı üç övladı ilə birgə Qazaxıstana sürgünə göndərdilər.
M.Ə.Rəsulzadə böyük cəhdlə ailəsini xilas etməyə – Türkiyəyə gətirməyə çalışıb. Oğlu Azərin dediyinə görə, hətta bir dəfə (bu təxminən 1925-1926-cı illərdə olub) qatara minib getməyə də hazırlaşıblar. Lakin M.Ə.Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilməyib və onlar Bakıda qalıblar. 1932-ci ilə qədər isə M.Ə.Rəsulzadə müxtəlif adamlarla ailəsinə maddi yardımlar göstərib, hətta geyim, paltar da alıb göndərib. Sonradan sərhədlər bağlandığından bu mümkün olmayıb. Bakıda gizli fəaliyyət göstərən müsavatçılar isə imkan daxilində M.Ə.Rəsulzadənin ailəsinə müəyyən köməklik edib.
M.Ə.Rəsulzadə ailəsinin sürgünə göndərildiyini və həyat yoldaşının da vəfat etdiyini öyrəndikdən sonra polyak əsilli Vanda xanımla ailə qurub, birgə yaşayıb. Hər ikisi Ankaradakı milli kitabxanada çalışıb. Onların bu evlilikdən övladları olmayıb. Vanda xanım 1885-ci ildə Varşavada anadan olub, Varşava Universitetini bitirib. Onun Marşal Pilsudski ilə, eyni zamanda 1930-cu illərdə Polşanın Xarici İşlər Naziri olmuş Beklə qohumluq əlaqəsinin olduğu bildirilir. O, 1974-cü ildə dünyasını dəyişib və Ankara şəhərindəki “Cəbəçi” (Əsri) qəbirstanlığında dəfn edilib
Siyasi fəaliyyəti
"Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulmuş və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmışdır.[4] Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə olmuşlar.[8] Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmiş, 1904-1905-ci illər arası cəmi 6 nömrə buraxmış qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur.
Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsindəki heykəli
Qəzet öz nəşrini dayandırdıqdan sonra 1906-cı ilin dekabrından "Təkamül" adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir.
İranda
1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məhəmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur. O, "İran-nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İran-nou" 2-3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. 1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq Demokrat partiyanın orqanı kimi fəaliyyətini bərpa etdi. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə, M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur".[9] İranda həmin il mürtəce "Etidaliyyun" ("Mötədillər") partiyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində "Tənqidi-firqeyi-etidaliyyun" adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca "Səadəti-bəşər" adlı kitabı nəşr olunmuşdur.
Türkiyədə
Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula gedir. O, Türkiyə paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusif bəy Akçuralı, Ziya Göyalp və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə "Gənc türklər" təşkilatına rəğbət bəsləmiş, "Türk ocağı" cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan "Türk yurdu" jurnalının fəal yazarlarından biri olmuşdur.
Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə nəşr etdirdiyi Odlu Yurd dərgisi
Türkiyədə Rəsulzadə hələ İstanbulda onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan "Müsəlman demokratik Müsavat partiyasına" daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir.Bu illərdə M.Ə.Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir.
Rəsulzadə və Stalin
Əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə ilə M.Ə.Rəsulzadənin tanışlığı olmuşdur. İstanbulda çıxan "Dünya" qəzetindəki M.Ə.Rəsulzadənin "Stalin ilə inqilab" adlı silsilə xatirə-məqaləsinə görə hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər, ancaq M.Ə.Rəsulzadə onu ölümdən xilas etmişdir və o, Müsavatçılar tərəfindən Stalinin Bayıl həbsxanasından qaçırılmasının da təşkilatçısı olmuşdur.
1920-ci ilin noyabr ayının əvvələrində Oktyabr inqilabın ildönümü ilə əlaqədər Bakıda olan İ.V.Stalin Rəsulzadənin həbsdə olduğunu öyrənir. Stalin XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad edir. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran M.Ə.Rəsulzadə qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. RSFSR-in Millətlər Komissarlığının orqanı olan "Novıy Vostok" jurnalının 1922-ci il 1-ci nömrəsində xəbər verilir ki, jurnalın 2-ci nömrədə M.Ə.Rəsulzadənin "Qədim İranın kommunistləri" adlı məqaləsi çap olunacaq. Ancaq saydakı xəbərə baxmayaraq, bu məqalə çap edilməmişdir. Məzdəkizm hərəkatından bəhs edən bu məqalə çox yəqin ki, M.Ə.Rəsulzadənin mühacirətə getməsi ilə izah etmək olar. M.Ə.Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin xatirə yazısında öz əksini tapmışdır. O yazır:
"Müsavat" partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M. Ə. Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhim bəy Vəkilovu və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərmək surətilə M. Ə. Rəsulzadə ilə təmasda olmuşlar. Məhəmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir.
Adolf Hitlerə münasibəti
M.Ə.Rəsulzadənin Almaniyanın 1932-1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Von Mende və Almaniyanın sabiq Moskva Böyükelçisi,Xarici İşlər Nazirliyinin təmsilçisi Şulenberq vasitəsi ilə olub.M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək və Azərbaycanın müstəqilliyininn Almaniya hökuməti tərəfindən qəbul edilməsi idi.Bununla əlaqədar o,Almaniyada olarkən "Milli Azərbaycan Komitəsi"ni yaratmış,Almaniya hökuməti ilə danışıqlar aparmışdı.Lakin Hitler "komitələr" deyil,məhdud səlahiyyətli "milli komisiyalar" yaratmağa üstünlük vermişdi.
Hitlerə və onun faşist ideologiyasına olan münasibətini isə M.Ə.Rəsulzadə belə bildirdi :
"Hitlerçilik hər şeydən əvvəl komunizm demaqogiyasıa qarşı çıxış etmək üçün yaranmış bir ideyadır.O,faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş,lakin oradakı beynəlmiləlçiyi millətçiliklə əvəz etmişdir".
Almaniyada 1932-1934-cü illərdə nəşr edilən "Demokrasi və Sovetlər" məqaləsində isə M.Ə.Rəsulzadə faşizmə münasibətini belə açıqlayırdı:
"Daxildə xaricdəki düşmənlərinin qənaətincə,Hitlerizm demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş,təsisinə başladığı idarə İtaliyada olduğu kimi,faşist diktatorluğu imiş."
Mühacirət dövrü=1922-ci ildə Petroqraddan Finlandiyaya qaçan Rəsulzadə, qərbi Avropaya, oradan da Türkiyəyə gəlir.
1923-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti" kitabı çap edilir. "Əsrimizin Səyavuşu", "İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir. 1923-cü ildə İstanbulda çap edilən "Əsrimizin Səyavuşu" əsəri Rəsulzadənin dahi İran şairi Firdovsinin "Şahnamə"sindən təsirlənərək ,hadisələri zaman və məkan etibarilə dəyişib İran-Turan müharibələri ilə əlaqələndirərək yazdığı bağımsızlıq ruhunda yazılmış əsərdir. "Əsrimizin Səyavuşu" əsəri Məmməd Əmin Rəsulzadənin Azərbaycan gənclərinə xitabəti ilə sona çatır:
"Əvət, ey vətəndaşlar! Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: - Bir kərə yüksələn bayraq bir daha enməz!"
1923-27-ci illərdə onun redaktorluğu ilə İstanbulda "Yeni Qafqasya" jurnalı nəşrə başlayır, ancaq Moskvanın tələbi ilə kamalist hökumət jurnalı bağlayır və Rəsulzadə Avropaya getməyə məcbur olur, Varşava və Berlində yaşayır.
M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü" (1928-1931), sonra isə "Odlu yurd" (1929-1930) jurnalları və həftəlik "Bildiriş" (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" (1932-1934) qəzeti və "Qurtuluş" (1934-1938) jurnalı çap edilirdi.
1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan "Azərbaycan respublikası haqqında bəzi qeydlər" adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Onun 1936-cı ildə Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsi çap edilmişdir. 1938-ci ildə Berlində alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı" kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş "İslam-türk ensiklopediyasının" 1-ci cildində "Azərbaycan ləhcəsi" adlı məqaləsi çap edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kültür kələnkləri" adlı kitabı işıq üzü görmüşdür. Onun "Çağdaş Azərbaycan ədəbiyyatı" (1950-ci il) və "Çağdaş Azərbaycan tarixi" (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.
Комментарии 4
Rəsulzadənin məzarından eşidilən İNİLTİ
Dünən böyük azərbaycanlı, Azərbaycan Çümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadənin doğum günüdür.
100 illiyini geridə qoyduğumuz Azərbaycan Cümhuriyyəti - bu şanlı gün həqiqətən də Azərbaycan və Azərbaycan türklərinin istiqlal tarixinin ən zirvə nöqtəsidir.
Bu zirvəni yaradanların başında duranlardan biri də Məhəmməd Əmin Rəsulzadə olub. O, yeniyetmə yaşlarından ta ömrünün sonuna qədər yalnız bir amal uğrunda vuruşub – Azərbaycan və azərbaycançılıq!!!
Elə dünyasını dəyişəndə də (1955-ci il, 6 mart) 3 dəfə “Azərbaycan” deyərək, gözlərini əbədi yumub.
Lakin onun Azərbaycan sevgisi bununla da bitməyib. Rəsulzadənin Azərbaycan sevgisini özündə əks etdirən həmin mistik hadisəni xatırlamaq yerinə düşərdi:
- 1955-ci il, 6 mart tarixi, gecə saat, saat 11-ə 10 dəqiqə qalır...
Bu zaman ayrılıq və xəstəliyin əldən saldığı
...ЕщёRəsulzadənin məzarından eşidilən İNİLTİ
Dünən böyük azərbaycanlı, Azərbaycan Çümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadənin doğum günüdür.
100 illiyini geridə qoyduğumuz Azərbaycan Cümhuriyyəti - bu şanlı gün həqiqətən də Azərbaycan və Azərbaycan türklərinin istiqlal tarixinin ən zirvə nöqtəsidir.
Bu zirvəni yaradanların başında duranlardan biri də Məhəmməd Əmin Rəsulzadə olub. O, yeniyetmə yaşlarından ta ömrünün sonuna qədər yalnız bir amal uğrunda vuruşub – Azərbaycan və azərbaycançılıq!!!
Elə dünyasını dəyişəndə də (1955-ci il, 6 mart) 3 dəfə “Azərbaycan” deyərək, gözlərini əbədi yumub.
Lakin onun Azərbaycan sevgisi bununla da bitməyib. Rəsulzadənin Azərbaycan sevgisini özündə əks etdirən həmin mistik hadisəni xatırlamaq yerinə düşərdi:
- 1955-ci il, 6 mart tarixi, gecə saat, saat 11-ə 10 dəqiqə qalır...
Bu zaman ayrılıq və xəstəliyin əldən saldığı zəif bir vücud sahibi üç dəfə “Azərbaycan! Azərbaycan! Azərbaycan!” deyərək dünyasını dəyişir.
Hər aldığı nəfəsi belə, Azərbaycanın adına bağlayan bir dahi həmin gecə üç dəfə bu sözü deyərək dünyadan köçür.
Ankara Universitetinin tibb fakültəsində şəkər xəstəliyindən müalicə alan Rəsulzadə 71 yaşında dünyasını dəyişir.
Bu gün həmin tarixdən 59 il ötür. 1955 –ci ilin 6 mart tarixində üç dəfə söylənilən “Azərbaycan” kəlməsi 59 ildir ki, yol gəlir. Və yol gedə-gedə də özünün müdhiş funksiyasını yerinə yetirir.
Ömrünün son illərində də Rəsulzadə üzücü xəstəliyə baxmayaraq öz missiyasını layiqincə yerinə yetirir. Baxmayaraq ki, bu missiya ondan hər şeyi almışdı. Anası Maral xanım acından, xanımı Ümbülbanu isə ürəyi partlayaraq ölmüşdü. Oğlu Rəsul 21 yaşında ikən güllələnmiş, qızı Lətifə soyuqdan donaraq ölmüş, digər qızı isə itkin düşmüşdü. Bu dəhşətlərin hamısı məhz, bu ali missiyanın naminə edilirdi ki, Rəsulzadə də ömrünün sonuna qədər ona sadiq qalmaqla əsil dahi mərtəbəsinə yiyələnmişdi.
Ömrünün son illərində “Azadlıq” radiosunda etdiyi tarixi çıxış.
Ötən əsrin 50-ci illəri… Artıq qoca Məhəmməd Əmin tək döyüşməkdən yorulub. Polyak xanımı Vanda və çiyin dostlarından başqa heç kimi düşündürmür. Hətta öləndə belə onun məzar başına getməyə qorxurlar. Ankaranın Əsri qəbristanlığındakı bu məzar belə kimlər üçünsə ləkəli idi. Amma Rəsulzadə irsinin araçdırıcısı Nəsiman Yaqublunun danışdığı bir əhvalat bu məzarın belə,nə qədər Azərbaycan fədaisi olmasına əyani sübutdur:
Ankaradan çıxan günü Əsri məzarıstanlığına - Məhəmməd Əmin Rəsulzadənin məzarı ilə vidalaşmağa getdim. Məzarın yanında dolanarkən qəfildən bir qoca yaxınlaşdı mənə. Sorğusuz, sualsız sözə başladı.
- Kecən il bu vaxtlar (yəni 1990-cı ilin yanvar ayı ) məzarıstanlığa gəlmişdim. Elə bu qəbrin yanından birdən inilti səsi eşitdim. Yaxınlaşıb bir az da diqqətlə qulaq asdım. Yanılmamışdım, səs bu qəbirdən gəlirdi. Ağrılı, şikayətli bir inilti səsi idi. Mən xoflanıb bu qəbirdən uzaqlaşdım. Bir müddət özümə gələ bilmədim. Əhvalatı kimə danışdımsa inanmadılar. Dedilər, səni qara basıb. Amma məni qətiyyən qara basmırdı. O qəbirdən inilti səsi gəlirdi:
Qəribə heyrət icində qocadan soruşdum:
- Siz kecən il yanvarın neçəsində olmuşdunuz burada?
Qoca dedi:
- Ayın ya on doqquzu idi, ya da iyirmisi. Çünki mən belə vaxt gəlib yaxın adamımın qəbrini ziyarət edirəm. Amma indiki kimi o səs yadımdadır. Qəbirdən ağrılı, şi
...ЕщёAnkaradan çıxan günü Əsri məzarıstanlığına - Məhəmməd Əmin Rəsulzadənin məzarı ilə vidalaşmağa getdim. Məzarın yanında dolanarkən qəfildən bir qoca yaxınlaşdı mənə. Sorğusuz, sualsız sözə başladı.
- Kecən il bu vaxtlar (yəni 1990-cı ilin yanvar ayı ) məzarıstanlığa gəlmişdim. Elə bu qəbrin yanından birdən inilti səsi eşitdim. Yaxınlaşıb bir az da diqqətlə qulaq asdım. Yanılmamışdım, səs bu qəbirdən gəlirdi. Ağrılı, şikayətli bir inilti səsi idi. Mən xoflanıb bu qəbirdən uzaqlaşdım. Bir müddət özümə gələ bilmədim. Əhvalatı kimə danışdımsa inanmadılar. Dedilər, səni qara basıb. Amma məni qətiyyən qara basmırdı. O qəbirdən inilti səsi gəlirdi:
Qəribə heyrət icində qocadan soruşdum:
- Siz kecən il yanvarın neçəsində olmuşdunuz burada?
Qoca dedi:
- Ayın ya on doqquzu idi, ya da iyirmisi. Çünki mən belə vaxt gəlib yaxın adamımın qəbrini ziyarət edirəm. Amma indiki kimi o səs yadımdadır. Qəbirdən ağrılı, şikayətli bir inilti səsi eşidilirdi.
Qoca bu sozləri deyib çıxıb getdi. Mən isə acı bir həqiqətin ağrısına bürünərək Ankaranın Əsri məzarıstanlığında, onun qəbri yanında donub qalmışdım. Və dərdli-dərdli düşünürdüm: Demək ayın 20-si günü o qanlı yanvarda xalqımızın günahsız qanı axıdılanda qəbirdə rahatlıq tapmamısan. İgid oğullarımız düşmən gulləsinə nahaqdan hədəf tutulanda dozə bilməyib soyuq məzarda inildəmisən. Qeyrətli cavanlarımız al qan içində çırpınanda, analar ağu deyib fəryad qoparanda dayana bilməmisən, ağlayıb şikayətlənmisən”.
P.S. Bu gün Rəsulzadənin doğum günüdür. Və… Rəsulzadənin məzarının bu axşam sirli, parlaq və fəxarət dolu işıqla əhatələnəcəyinə şəxsən mənim heç bir şübhəm yoxdur…