Alim ona bir əhvəlat danışır:
Mərhum Əmini ağanın vəfatından sonra düşünürdüm ki, ömrünü Həzrət İmam Əli (ə) ağaya fəda etmiş bu insanla axirətdə Mövla Həzrət İmam Əli (ə) ağanın rəftarı necə olacaq? Bu barədə çox fikirləşirdim.
Bir gün yuxuda gördüm qiyamət qopub, həşr aləmidir.
Səhrada toplanmış əzəmətli cəmiyyət bir istiqamətdə baxır.
Soruşdum ki, hara baxırsız?
Dedilər Kövsər hovuzu ordadır.
Yaxına getdim.
Külək hovuzdakı suyun üzünü ləpələndirirdi. Həzrət İmam Əli (ə) hovuzun kənarında dayanmışdı.
Büllur stəkanları doldurub adamlara verirdi. Birdən cəmiyyət hərəkətə gəldi.
Səbəbini soruşdum, dedilər Ayətullah Əmini ağa gəlir.
Mənə maraqlı idi ki, Mərhum Əmini ağa necə qarşılanacaq?
Yaxına getdim.
Əmini ağa Həzrət İmam Əli (ə) ağaya 10-12 addım qalmış Həzrət İmam Əli (ə) ağa büllur stəkanları kənara qoyub iki ovcunu Kövsər suyu ilə doldurub, Ayətullah Əmini ağa Həzrət İmam Əli (ə) ağaya çatanda suyu alimin üzünə atdı və buyurdu:
Allah səni üzüağ etsin ki, bizim üzümüzü ağ etdin...
Diksinib yuxudan oyandım.
Başa düşdüm ki, Mərhum Ayətullah Əmini ağa İslam aləminin ən mötəbər və böyük kitablarından olan, 'Əl-Qədir' kitabının mükafatını alıb!"
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев