Həzrət Peyğəmbər (s) buyurur: “Zeytun
yaxşı yeməkdir. Ağzı xoş ətirli edər. Bəlğəmi aradan
aparar, əsəbləri möhkəm edər. Xəstəliyi aparar və
qəzəbi yatızdırar”.
Sarımsaq.
Həzrət Peyğəmbər (s) buyurur: “Sarımsaq yeyin, 70
xəstəliyə şəfa verər”.
Qarağat.
Həzrət Peyğəmbər (s) buyurur: “Sizə qarağat
yeməyi tövsiyə edirəm. Çünki ödü dəf edər, bəlğəmi
aradan aparar. Əsəbləri gücləndirər, yorğunluğu
uzaqlaşdırar. Əxlaqı gözəl edər, ruha rahatlıq verər
və qəmi aradan aparar”.
Hamilə vaxtı xurma yemək.
Həzrət Peyğəmbər (s) buyurur: “Hamilə qadına
hamilə qaldığı aydan xurma yedizdirin ki, övladı
səbirli və nəfsini saxlayan olsun”.
Yemiş.
Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir hamilə
qadın yoxdur ki, hamilə vaxtı yemiş yesin, övladı
gözəl və xoş əxlaqlı olmasın”.
Kudu.
Həzrət Peyğəmbər (s) buyurur: “Kudu yeyin, çünki
ağlı iti və beynin (fəaliyyətini) çox edər”.
Kərəviz.
Həzrət Peyğəmbər (s) İmam Hüseynə (ə) buyurur:
“Övladım, kərəviz ye. Çünki kərəviz peyğəmbərlərin
təvəzidir. Xızr (ə) və İlyasın (ə) yeməyidir. Kərəviz
damar tutulmasını açar, qəlbə təravət verər.
Hafizəni gücləndirər, dəlilik, cüzam və qorxunu
uzaq edər”.
Ət.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim 40 gün ət
yeməzsə, pis əxlaqlı olar. Hər kim 40 gün ət
yeyərsə, qəlbi daşlaşar”.
Duz.
Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Yeməyini
duzla başla, çünki duzda 70 dərdin şəfası vardır:
dəlilik, xora, boğaz ağrısı, diş ağrısı, ürək ağrısı o
cümlədən bu dərdlərdəndir”.
Əncir.
Həzrət Peyğəmbər (s) buyurur: “Ənciri təzə və
qurudulmuş halda yeyin. Babasilin kökünü kəsər,
gut xəstəliyi üçün faydalıdır”.
Mərci.
Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Sənə mərci
yeməyi tövsiyə edirəm. Çünki pak və mübarəkdir.
Qəlbi yumşaq və göz yaşlarını çox edər. 70
peyğəmbər (ə) davamlı olaraq ondan istifadə
ediblər”.
Soğan.
Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman bir
şəhərə daxil olsanız, oranın soğanından yeyin.
Çünki soğan yeməklə oranın ümumi xəstəliklərindən
amanda olarsınız”.
Xurma.
Həzrət Peyğəmbər (s) buyurur: “Ac qarına xurma
yeyin, mədə və bağırsaqda olan parazitləri öldürür”.
Alma.
Həzrət Peyğəmbər (s) buyurur: “Almanı ac qarına
yeyin, çünki mədəni pakizə edər”.
Kahı.
Həzrət Peyğəmbər (s) buyurur: “Kahı yeyin, çünki
kahı yuxu gətirər və yeməyi tez həzm edər”.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1