Burada olan hər kəs burada olmayanlara və Qiyamət gününə qədər hər bir ata, mənə əmr ediləni Həzrət Əlinin (ə) vilayətini oğluna çatdırsın...
📚Mənaqibul Əli ibn Əbu Talib, hədis 155, xütbə Qədir-xum.
“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!”1 Nisa surəsinin 59-cu ayəsi, 1. Abdullah ibn Cabir belə nəql edir: “Allaha, Rəsuluna və əmr sahiblərinə itaət etməyin vacib olduğunu bildirən ayə nazil olduğu gün Peyğəmbərdən soruşdum: “Allah və Rəsulunu tanıyırıq, amma əmr sahiblərinin kimlər olduğunu bilmirik. Onlar kimlərdir?” Həzrət belə cavab verdi: “Onlar mənim xəliflərimdir. Onların birincisi Əli ibn Əbutalib, sonra Həsən, sonra Hüseyn, sonra Əli ibn Hüseyn, sonra da “Tövrat”da “Baqir” deyə adlandırılmış Məhəmməd ibn Əlidir. Ey Cabir! Sən onu görəcəksən və gördüyün zaman Mənim salamımı ona yetirərsən. Ondan sonra Cəfər ibn Muhəmməd əs-Sadiq, sonra Musa ibn Cəfər, sonra Əli ibn Musa, sonra Muhəmməd ibn Əli, sonra Əli ibn Muhəmməd, sonra Həsən ibn Əli və ən sonuncusu Allahın yer üzündəki höccəti olacaq və Mənim adımı və künyəmi daşıyacaq olan Həsən ibn Əlinin oğludur.” (“Müntəxəbul-Əsər səh:101”, “Yənbəul-Məvaddə səh: 114, 117, 494”, “Şəvahitut-Tənzil Hakim əl-Haskani əl-Hənəfi” cild 1, səh: 148, “Təfsirir-Razi cild 3, səh: 357”, “Fəraidus-Simteyn cild 1, səh: 314” )
2. Buxari öz səhihində, Cabir ibn Səmurədən belə nəql edir: “ Allah Rəsulunun belə buyurduğunu eşitdim: “Sizin aranızda 12 əmr sahibi olacaqdır.”
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев