Bir gün Bəhlul bir küçədən keçirdi. Elə bu zaman görür ki, bir müəllim oturub şagirdlərinə dərs keçərək belə deyir:
Mən İmam Sadiqi (ə.s) qəbul edirəm. Amma 3 yerdə onunla tamamilə müxalifəm:
1. Deyir ki, "Allah-təala görünməzdir". Əgər görünməzdirsə deməli vücudu da yoxdur.
2. Deyir ki, "Allah-təala Şeytanı cəhənnəmin oduna atacaq". Şeytan özü oddan yarandığı halda, odun onda təsiri yoxdur.
3. Deyir ki, "İnsan işlərini ixtiyar üzündən yerinə yetirir". Halbuki, belə deyil, məcburiyyət üzündən edir.
Bu sözləri eşidən Bəhlul, yerdən böyük bir kəssək götürərək müəllimə doğru atır və alnını yaralayır. Cəzalandırmaq üçün Bəhlulu xəlifənin yanına gətirirlər.
Xəlifə deyir: Hadisə necə olub?
Müəllim: İstəyirdim ki, şagirdlərə dərs deyim, Bəhlul bir kəssəyi götürüb məni vurdu.
Bəhlul ondan soruşur: Sən ağrını görürsən?
Müəllim cavab verir: Xeyr, görmürəm.
Bəhlul: O zaman ağrının vücudu yoxdur.
İkincisi, məgər sən torpaqdan yaranmamısan?! Bu kəssək də torpaqdan yaranıb, deməli səndə təsiri yoxdur.
Üçüncüsü, məgər demirsən ki, insan ixtiyarlı deyil, məcburidir?! Bəs mən də məcbur oldum, ona görə cəzaya laiq deyiləm.
Bəhlulun bu dəlillərini eşidən müəllim, xəcalətli halda o yeri tərk edir.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев