AXCP Ali Məclisinin Rəyasət Heyəti (AXCP RH) bu gün növbəti iclasın keçirib. İclasda ictimai-siyasi vəziyyət və təşkilat məsələləri müzakirə edilib. AXCP RH son günlər avtoritar rejimin demokratik düşərgəyə hücumunu, repressiyaları, cəmiyyətdə xof yaratma cəhdlərini təhlil edib.
AXCP-nin qarşıdan gələn qurultayı ilə bağlı görülən və planlaşdırılan işlər barədə iclasda məruzələr də dinlənilib.
İclas bəzi qərarların qəbulu ilə yekınlaşıb.
AXCP RH ölkədəki vəziyyəti, repressiyaların şiddətlənməsini nəzərə alaraq rayon şöbələrinə razılaşdırılmış kütləvi aksiyalara başlamağın mümkünlüyü barədə müzakirələrə başlamağı tövsiyyə edib.
AXCP RH siyasi və vicdan məhbuslarının müdafiəsi üçün hüquqi və texniki işlərlə bağlı vəzifə bölgüsü edib.
AXCP növbəti dəfə də bəyan edir ki, günahsız yerə həbsə atılan ictimai-siyasi fəallara öz ailə üzvləri kimi yanaşmanı davam edəcək, onların müdafiəsi üçün hüququn yol verdiyi bütün imkanlardan istifadə edəcək.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев