İmam Hüseynin (ə) qatillərindən biri - Übeydullah ibn Ziyadın aqibəti Kərbəla faciəsinin qanlı cinayətkarlarından biri də Übeydullah ibn Ziyaddır. Onun atası Ziyad hicrətin birinci ilində və ya Bədr döyüşü baş verən gündə anadan olmuşdur. Atasının kimliyi mübahisə obyektidir. Camaat onu Übeyd Səqəfinin oğlu kimi qəbul edirdi. Amma Əbu Süfyan həmişə iddia edirdi ki, Ziyadın əsl atası odur. Elə buna görə hicri 44-cü ildə Müaviyə ibn Əbu Süfyan Ziyadı rəsmən öz qardaşı adlandırmış və bu barədə hər yerə car çəkdirmişdi. Ziyad xəlifə Ömər ibn Xəttab tərəfindən Bəsrə valisinə köməkçi göndərildi, əvvəlcə Müğeyrə ibn Şöbənin, daha sonra Əbu Musa Əşərinin katibi və Bəsrə beytül-malının xəzinədarı
Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar onun şəxsiyyəti, çalışqanlığı və şücaəti qarşısında baş əyiblər. O, yetkinlik yaşına çatanda, çoxlu elçilər arasından igid və şəxsiyyətli bir oğlanı – əmisi oğlu Abdullah ibn Cəfər Təyyarı özünə həyat yoldaşı seçir; bu şərtlə ki, hər zaman imam Hüseyn (ə) səfərə getmək istəsə, Zeynəbin (s.ə.) qardaşı ilə birlikdə olmasına mane olmasın. Zeynəbi-Kubranın (s.ə.) barəsində deyilməli sözlər çoxdur və onun qanlı Aşura inqilabındakı şücaətinə nəzər salaq: İmam Hüseyn (ə) Mədinədən çıxıb, bir müddət Məkkədə qaldıqdan sonra İraqa tərəf mənzil-mənzil hərəkət edəndə, xanım Zeynəb (s.ə.) qardaşı
Fatimənin (s.ə) çadrasının nuru Əli(ə) bir yəhudidən, bir miqdar arpa borc aldı. O da bu borcun müqabilində girov istədi. Əli(ə) Fatimənin(s.ə) yun çadrasını onun yanında girov qoydu. Yəhudi çadranı alıb, evinə apardı. Onu otaqların birində qoydu. Gecə vaxtı oldu. Yəhudinin arvadı, çadra olan otağa getdi. Bir nurun yuxarı hissəyə saçıb, hər tərəfi işıqlandırdığını müşahidə etdi. Ərinin yanına qayıdıb, müşahidə etdiyini ona dedi. Yəhudi təəccüb etdi. Amma Xanım Fatimənin(s.ə) çadrasının onun evində olmasını unutdu. Sürətlə həmin otağa getdi. Çadranın nurunun hər tərəfə yayılmasını müşahidə etdi. Elə bil bu nur, işıqlı aydan da yaxında işıq salırdı. Təəccüblü halda, çadra olan yerə diqqət et
İmam Hüseynə (ə) dərman gətirən səhra ərəbinin əhvalatı Nəql edirlər ki, o zaman ki, İmam Hüseyn (ə) Mədinədən Məkkəyə yollanır, Məkkə ilə Mədinə arasında yol çox yararsız olduğu üçün və İmam Hüseyn (ə) 50 dərəcədən çox istinin altında yol getdiyi üçün ayaqları zədələnir və Həzrət (ə) yeriməyə çətinlik çəkir. Ona görə də tərəfdaşları bu yolda çadır qururlar və İmama (ə) deyirlər ki, nə vaxt ayağınız sağalar, o vaxt da yola düzələrik. İmam (ə) tərəfdaşlarından birini çağırıb ona buyurur: "Sənə verdiyim ünvana get. Filan təpənin arxasında bir neçə çadırda yaşayan ərəblər vardır. Orada bir kişi bu səhranın bitkilərindən dərman hazırlayır. İrin üçün yaxşı təsir edir. Ancaq demə ki, kimin üçün b
  • Класс
Həzrət Rüqəyyə Aşura günü Bəzi rəvayətlərdə gəlib: Aşura günü həzrət Səkinə (ə), üç yaşlı bacısına dedi: -Gəl atamızın ətəyindən tutaq və onu getməyə qoymayaq. Atamız getsə onu öldürəcəklər. İmam Hüseyn (ə) bu sözü eşidəndə bərk ağladı. Bu vaxt Rüqəyyə (ə) səsləndi: Ata sənin getməyinə mane olmaram, amma səbr elə səni görüm. İmam Hüseyn (ə) onu qucağına aldı və susuzluqdan quruyan dodaqların öpdü. Bu vaxt o nazdanə səsləndi: -Ata çox susuzam, susuzluq ciyərimə od vurub. İmam Hüseyn (ə) ona buyurdu: -Xeymə kənarında otur, mən gedib sənə su gətirim. İmam Hüseyn (ə) ayağa durub, meydana tərəf getmək istədi. Rüqəyyə (ə) yenə də atasının ətəyini tutub, ağlaya-ağlaya dedi: "يا ابة اين تمضي عنّا"At
İmam Hüseynin (ə) Həzrət Rüqəyyəyə (ə) sifarişi Həzrət imam Səccad (ə) buyurur: Aşura gecəsi mən xəstə idim və bibim Zeynəb, mənə xidmət edirdi. Birdən atam bizdən uzaqlaşıb öz xeyməsinə getdi. Covn (Əbuzərin azad etdiyi qülam), imamla birlikdə idi və o həzrətin qılıncını təmir edirdi. Atam bu şeri oxudu: يا دهر افّ لك من خليل کم لك يا لاشرلق و الاصيل من صاحب و طالب قتيل و الدهر لا يقنع با لبديل و انّما الامر الي الجليل و کلّ حي سالک سبيل "Ey dünya! Uff sənin dostluğuna, nə qədər dostları və sənin üçün çalışanları sübhlər və gecələr öldürdün! Bəli, dünya onların yerinə başqasını istəmir. Doğrudan da işlərin sonu Cəlil olan Allahın əlindədir və hər bir canlı gərək bu yoldan keçsin.” Ürək yan
İMAM ZAMAN (Ə.F) AĞA ÜÇÜN DUA ETMƏYİN FƏZİLƏTİ İmam Sadiq (ə.f.) "Əhd” duası haqda buyurur: "Hər kəs bu "Əhd” duası ilə qırx gün dua edərsə, bizim Qaimin (ə.f.) dostlarından olar və əgər Həzrət Məhdi (ə.f.) zühur etməmişdən qabaq ölərsə, Allah zühur vaxtı onu qəbrindən çıxarar ki, o Həzrətin xidmətində olsun. Hər sözünə görə min həsənə əta edər. Onun min günahını məhv edər”. Bu müstəhəb duadır. Sübh namazından sonra oxunar. "Əhd” duası Həzrət Sahib Zaman (ə.f.) ilə beyətin təzələnməsi deməkdir. Onun cümə günündə oxunması vurğulanır. Başqa bir əhd duası vardır ki, "Allahummə yə İlahə İllə ləhu” ilə başlayır və İmam Baqir (ə) o haqda buyurur: "Hər kim ömründə bir dəfə də olsa bu duanı oxuya
İmam Huseynin (ə) matəmi Bütün peyğəmbərlər İmam Hüseynə (ə) ağlayıblar. İmam Hüseynə beş cür (beş formada) əza saxlayıblar. Tarixdə on beş mümunə vardır ki, Həzrəti Adəm (ə) yarandıqdan sonra, İmam Hüseyn (ə) dünyaya gəlmədən öncə Peyğəmbərlər ona əza saxlayaraq ağlayıblar. İmam Hüseyn (ə) özü dünyaya gəldikdən sonra Peyğəmbər (s), Əli (ə) Fatimə (s), Ummu Sələmə, İmam Həsən (ə), hamısı Hüseynə əza saxlayıblar. Onların da tarixi bizim əlimizdədir. Peyğəmbərlərin də əza saxlaması haqqında külli-miqdarda hədislər var. İbrahim (ə), Nuh (ə), İsa (ə), Zəkəriyya (ə) da ağlayıblar. Zəkəriyya peyğəmbər qocalmışdı. Amma evladı yox idi. Bir gün Beytül-müqəddəsdə ikən buyurdu: İlahi müqəddəs olan a
Показать ещё