Предыдущая публикация
Yaman dildən, yaman üzdən,
Allah, aman, Allah, aman!
Yaman feldən, yaman gözdən,
Allah, aman, Allah, aman!
Acgözlərdən, xəsislərdən,
Xayınlardan, xəbislərdən.
Mələk donlu iblislərdən,
Allah, aman, Allah, aman!
Qarın güdən dost-sirdaşdan,
Bəd qohumdan, bəd qardaşdan.
Dayaz fikir, qalın başdan,
Allah, aman, Allah, aman!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев