Bu günkü Zərdabın adı 1578-1587 dövrünə aid olan mənbələrdə çəkilir. 1736-1747-ci illərdə bu ərazi Nadir şahın yaratdığı Əfşarlar imperiyasının tərkibindəki Azərbaycanın bir hissəsi idi
zardob.blogspot.com
ZƏRDAB ŞƏHƏRI
KÜR SAHILINDƏ QƏDIM MƏKAN - ZƏRDAB
Zərdabın adına yazılı mənbələrdə ilk dəfə 1500-cü ildə rast gəlinir. "Azərbaycan SSR atlası" kitabında (Bakı-Moskva, 1963, səh.208.) göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları ilə 1500-1501-ci illərdə Ərzicandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından ("Qoyun ülumu"ndan - bu sözlər qoyun yığışan, qoyun cəmləşən, toplaşan yer mənasını verir) Kürü keçmiş, Şamaxıya getmişdir.
1736-1747-ci illərdə Zərdab ərazisi Nadir şahın yaratdığı Əfşarlar imperiyasının tərkibindəki Azərbaycan vilayətinin bir hissəsi olmuş, Nadir şahın öldürülməsindən sonra Zərdab Şamaxı xanlığının tərkibində Qarasubasar mahalına daxil olmuşdur.
Qarasubasar mahılna daxilolan 10 kənddə (Şilyan, Qarabörklü, Birinci Lək, İkinci Lək, Əlvənd, Tilanköyün, Muradxan, Xələc, Zərdab, Çallı) 1821-ci ildə 815 ailə yaşayırdı. Bu kəndlər hazırda Ucar , Zərdab, Ağdaş və Kürdəmir rayonlarının tərkibində inzibati ərazi vahidləridir.
Professor, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas,Azərbaycan Jurnalistlər Birliyinin üzvü[ E.Həsənovun Məlikovlar soyunu araşdırarkən əldə etdiyi səndələrə əsalanaraq Rəhim bəyin 1826-cı ildə də mahalın məliyi (naibi) olduğunu bildirmişdir. ( Farsca yazılan və möhürlənən məktu: “Zərdab mahalının naibi Rəhim bəyə. 1004-cü dəstəyə ən qısa vaxtda çörək çatdırma haqqında əmr. 21 oktyabr 1826-cı il. General – Paskeviç”.
Bu günkü Zərdabın adı 1578-1587 dövrünə aid olan mənbələrdə çəkilir. 1736-1747-ci illərdə bu ərazi Nadir şahın yaratdığı Əfşarlar imperiyasının tərkibindəki Azərbaycanın bir hissəsi idi
Комментарии 7