Слушайте на всех площадкахhttp://nevmusic.ru/svetochek✘ Isaxan Raymihttps://vk.com/isaxan_raymihttps://instagram.com/isaxan_raymi✘ Подписывайся на New Musich...
Слушайте на всех площадкахhttp://nevmusic.ru/svetochek✘ Isaxan Raymihttps://vk.com/isaxan_raymihttps://instagram.com/isaxan_raymi✘ Подписывайся на New Musich...
LƏNƏT OLSUN
Seçilmirsən sən yaradan
Düşmən sənə lənət olsun
Fərqin yoxdur heç qaradan
Düşmən sənə lənət olsun
Yansın sənin dağın, dərən
Elin olsun pərən-pərən
Bezir səndən səni görən
Düşmən sənə lənət olsun
Haram olsun çörək duzun
Yala dönsün hər bir ruzun
Dərdin olsun xətdən uzun
Düşmən sənə lənət olsun
Hələ yazkən solsun zəmin
Qəm üstünə gəlsin qəmin
Ancaq dərd-qəm olsun dəmin
Düşmən sənə lənət olsun
Qəlbin olsun para-para
Hər bir yanın töksün yara
Qanın olsun hər vaxt qara
Düşmən sənə lənət olsun
Bez həyatdan sən Vəli tək
Nə çəkdimsə artığın çək
Yurd yuvamdan qansız əl çək
Düşmən sənə lənət olsun