Arif Quliyev 16 may 1950-ci ildə Şirvan şəhərində anadan olmuşdur.
Uşaq evində böyüyən aktyorumuz müxtəlif xarakterli obrazlar yaradaraq tamaşaçıların sevimlisinə çevrilmişdir.
Teatr səhnəsində ifa etdiyi Şərbətəli (“Təzə gəlin”), Salyanski (“Gözün aydın”), Əli (“Qayınana”), Dursun (“Durna”), Mürsəl (“Gurultulu məhəbbət”), İbişov (“Özümüz bilərik”), Tofiq (“Ev bizim, sirr bizim”), Hambal (“Məşədi İbad”), Mirzəqulu (“Durnalar qayıdanda”), Səbzəli (“Məhəbbət, şeytan və ağ ölüm”) kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir. Onun “Şans”, “Bığ əhvalatı”, “Qayınana”, “Lift əhvalatı”, “Yarımştat”, “Evləri köndələn yar” və başqa teletamaşalardakı, eləcə də “Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Ağ gəmi" bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir.
Aktyorun oynadığı rollar bu gün də tamaşaçılar tərəfindən sevilərək izlənilir. Bir sıra teatrlarda çalışan Arif Quliyev 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəri olmuşdur.
Allah rəhmət eləsin!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 4
Салам... Сагол