“Дорогая Мачеха” müraciəti ilə başlayan bu məktubda yazılırdı:
- “Anam yoxdur. Atamın həyat yoldaşına ”ana” deyə bilmədiyim üçün fikir edirəm. Siz də ögey oğlunuzdan “ana” sözünü eşitmədiyiniz üçün fikir edirsiniz. Biz sizinlə eyni dərdin sahibləriyik. Amma sizdən fərqli olaraq, məni üzən daha bir səbəb var - ağrı. Ögey anam mənə nifrət edir. Məni zirzəmiyə salıb günlərlə orda bağlı saxlayır. Hər dəfə məni ora salanda, nə vaxt çıxaracağını bilmirəm. Mən onun ayaqlarını qucaqlayıb ağlaya-ağlaya yalvarıram ki, məni ora salmasın. Bu, onların məni döyməsindən daha işgəncəlidir.
Ana deyib çağırmağa, kömək istəməyə kimsəm yoxdur. Sizin kimi ögey anaya mən dönə-dönə “əziz ana” deyib qucaqlar, onun istisinə sığınardım. Amma siz bu filmdə öz oyununuzla bizə doğrumu deyirsiniz? Doğrudanmı, belə ögey analar olur? Xahiş edirəm, məni aldatmayın. Məni yalançı ümidlə yaşamağa məcbur etməyin”.
Əslində isə Nəcibə xanım bu filmdə gerçək həyatını oynamışdı. Nəcibə xanım həyat yoldaşı Nəsrəddin bəyin ilk evliliyindən olan oğlu Fuada və Nəsrəddin bəylə evlilikdən olan Saqib adlı oğluna eyni ana qayğısıyla yanaşmış, onları bir-birindən ayırmamışdır. “Ögey ana” filmi üçün süjet də məhz onların ailə həyatından hazırlanıb. Nəsrəddin bəyin ilk evliliyindən olan oğlu Fuad xatirələrində Nəcibə xanımdan heç vaxt narazı olmadığını deyib:
“Nəcibə xanım mənə həmişə yaxşı davranıb. Ondan ömrü boyu razı qalmışam. Nəcibə xanım mənə çox yaxşı münasibət bəsləyib”.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев