Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan. Nəçin qılmaz mənə dərman, məni bimari sanmazmı? Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı? Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı? Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su, Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? Degildim mən sənə mail, sən etdin əqlimi zail, Mənə tən eyləyən qafil səni görcək utanmazmı? Füzuli rind ü şeydadır, həmişə xəlqə rüsvadır, Sorun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı?
Nə dəyişir gecələr ?
Həsrət niyə çox olur?
Bütün ağrı acılar ,
Gecəyəmi doğulur?
Adicə diş ağrısı ,
Gecə ürək şişirdir .
Bəlkə də ağrıyan diş ,
Gecənin göz dişidir.
Sevgi də gecə küsür ,
Həsrətinə sığınır.
Dodağını hey büzür,
Ürəyimə yığılır.
Gündüzdən nə fərqi var,
Bir günəş yox gecələr.
Başqa məmləkətlərə ,
Günəş gedər gecələr .
Qəlbə dolsa da atəş,
Ağlasaq da gecələr.
Bir urək bir də günəş ,
Gecələrdə dincələr .
Комментарии 528
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
Nəçin qılmaz mənə dərman, məni bimari sanmazmı?
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?
Füzuli rind ü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı?
Unutdur baxışlarını,
Qara gözünü, qaşlarını..
Sil gözünün yaşlarını,
Demedim ki kövrelt meni,
Sensizliye öyret meni..
Bir ac quşam, bax densizem,
Özge yerde, çemensizem,
Gör neçe ildi sensizem..
Yorur axı hesret meni,
Sensizliye öyret meni..
Sensizliye dustaq olum,
El çatmayan bir dağ olum..
Sen külek ol, yarpaq olum,
Ese-ese titret meni,
Sensizliye öyret meni..
Özge eller ovutmuşam,
Elin bilib berk tutmuşam..
Men özümü unutmuşam,
Mensizliye öyret meni
Sağol Arzu var olasan
Xəyal olub otağinda qalmişam
Oxşayarsan yastiqdakı telimi
Tel-tel olub yatağinda qalmişam.
Zindan olar sənə o dörd divarın
Gəlişini duyammazsan baharin.
Hər yerdəyəm,qarşidaki çinarin
Sənə baxan budağinda qalmişam.
Eşqin mərəz,sən əlində naçarsan
Bu dərdini söylə,kimə açarsan?
Unut məni,unutmaği bacarsan.
Sözə dönüb dodağinda qalmışam.
Həsrət niyə çox olur?
Bütün ağrı acılar ,
Gecəyəmi doğulur?
Adicə diş ağrısı ,
Gecə ürək şişirdir .
Bəlkə də ağrıyan diş ,
Gecənin göz dişidir.
Sevgi də gecə küsür ,
Həsrətinə sığınır.
Dodağını hey büzür,
Ürəyimə yığılır.
Gündüzdən nə fərqi var,
Bir günəş yox gecələr.
Başqa məmləkətlərə ,
Günəş gedər gecələr .
Qəlbə dolsa da atəş,
Ağlasaq da gecələr.
Bir urək bir də günəş ,
Gecələrdə dincələr .