Предыдущая публикация
Eqoist olma. Sadəcə özünü düşün. Başqalarına pislik eləmə, zərər vurma, yolunu kəsmə, böhtan atma və paxıllığını çəkmə. Özünü düşün. Heç kimə tam əminliklə güvənmə," filan kəs heç vaxt filanı eləməz" deyib heç vaxtlara sığınma özünü aldatma, özünü var etmədən başqasına söykənib o çəkilən kimi yerə yapışma. Özünü düşün. Oxu, gəz, öyrən, yanıl, həyata dair nəticələr çıxar, ağla, ürəkdən gül, dua et, sev. Özünü düşün.
Dad almağı öyrən ki, bu dadda acı da ola bilər. Dadları seçməyi öyrən, sonra yaşam menyunu tərtib elə. Özünü düşün.Özünü düşünməyin nə olduğunu öyrənənə qədər buna davam et.✨
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев