- ayə və hədisdə...
Bəqərə:78 Onların içində kitabı bilməyən savadsızlar da var ki, onların bildikləri yalnız ucdan-qulaqdan eşitdikləridir. Onlar yalnız zənnin arxasınca gedirlər.
79 Öz əlləri ilə kitab yazıb sonra da onunla bir az pul əldə etmək üçün: “Bu, Allah dərgahındandır!” - deyənlərin vay halına! Öz əlləri ilə yazdıqlarına görə onların vay halına! Qazandıqlarına görə də onların vay halına!
Məsum(as) kəlamlarını qəbul etməyib şəxsi fikirlərlə,məntiqlə,rəylərlə ya geyri məsumun nəzəriyyələri ilə özlərinə əqidə quranlara :
46:4 "...... Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl bir kitab və ya elmdən qalan bir əsər gətirin'."
"Zikr Əhli" keçən ayələri (21:7 və 16:43) səfən alimlərə şamil edənlər bu ayələrdən xəbəriniz varmı?
33:67
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar.
68 Ey Rəbbimiz! Onları ikiqat əziyyətə sal və onları müdhiş bir lənətə məruz qoy!”
2:166
O zaman, tabe olunmuş (başçılar) tabe olunanlardan uzaq-laşacaq, (hamısı) əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir
9:31
Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəblər) qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur!
Əbu Bəsir deyir: İmam Sadiqdən (ə.s) Tövbə surəsi, 31-ci ayə ilə bağlı soruşduğumda belə cavab verdi: Allaha and olsun ki, Üləma və din rəhbərləri, insanları onlara ibadət etmək üçün çağırmadılar. Əgər belə etsəydilər/çağırmış olsaydılar insanlar qəbul etməzdilər. Bunun üçün, Allahın haramını halal və halalını haram etdilər və bu şəkildə insanlar fərqində olmadan, bilməyərək onlara ibadət etmiş oldular. Üsul Əl-Kafi, Cild 1, s.53
26:224
Şairlərə gəldikdə, onlara azğınlar tabe olar.
Muhəmməd ibn Cumhur İmam Sadiqə(ə) çatan sənəd zəncirinə əsasən belə rəvayət etmişdir ki,İmam Sadiq (ə) Şuəra surəsinin 224 cü ayəsinin(Məxsusi şairlər var ki onlarin ardınca öz nəfsi istəklərinin arxasınca düşənlər gedərlər) təfsirində belə deyib :
"Siz hansı şairi gördünüz ki şerindən tabeçilik edilsin (arxasınca gedisin)?
Həqiqət yalnız budur ki,şairlər dedikdə qəsd edilən məna məxsusi Fəqihlərdir ki,camaatın qəlbini(yəni dusuncəsini,ağlını) batil və yalan ilə agah edirlər
Onlar o məxsusi sairlərdir ki,onlara tabe olunur."
Təıviilul Aayaat səh.395
Qeyd: yani,burda şair dedikdə öz xəyali ilə quraşdırdığı sözlərlə danışan,hökm verən fəqihlər deməkdir,çünki şairlərin sözləri öz xəyallarının məhsuludur
İmam Əmirəl-Möminin Əli (ə.s) buyurmuşdur:
وينتقم من أهل الفتوى في الدين لما لا يعلمون ، فتعساً لهم ولأتباعهم ، أكان الدين ناقصاً فتمموه ؟ أم كان به عوج فقوّموه ؟ أم الناس هموا بالخلاف فأطاعوه ؟ أم "أمرهم بالصواب فعصوه؟
“Qaim qiyam etdiyində FƏTVA ƏHLİNDƏN intiqam alacaq.Onlar bilməyərək özlərindən fətva verən kəslərdir (Əhləl Beyt kalamları ilə olmuyan) FƏTVANI VERƏNƏ DƏ,ONUN ARXASINCA GEDƏNƏ DƏ VAY OLSUN .Din əksiymiydi ki,onlar tamamlamağa çalışdılar?! Yoxsa dində əyrilik mi varıydı ki,onlar düzəltməyə çalışdılar?!”
(Şeyx Məhəmməd Məhdi.«Bəyanul-Əimmə(ə.s)»
c.3.səh.298/Şeyx Hairi.«İlzamun-Nəsib».c.1.səh.196).
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев