Mənası öz gözləri ilə görən, şahidlik edən deməkdir. Bu söz Quranda 50 yerdə keçir. Şəhid sözünün Allah yolunda canından keçən mənası da var ki, bu Hz. Peyğəmbər tərəfindən işlədilmişdir: “Mən onların (şəhidlərin) Allah yolunda canlarından keçdiklərinə şahid və şəfaətçiyəm”.[1]
Termin olaraq isə, Allah yolunda canından keçən müsəlmana şəhid deyilir. Şəhid sözünün kəlmə mənası ilə termin mənası haqqında müxtəlif izahlar mövcuddur. Bunlardan bəziləri,
Mələklər şəhidin Cənnət əhli olduğuna şahidlik edəcəyi üçün belə deyilmişdir.[2]
Onlar Allahın əmrində haqq uğrunda şahidlik elədiklərinə və bunun üçün canlarından keçdiklərinə görə bu ada layiq görülmüşlər.[3]
Uca Allah belə buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.”[6]
Hz. Peyğəmbər (s.ə.s) isə şəhidlər haqqında belə buyurmuşdur: “Cənnətə daxil olub oradakı nemətləri gördükdən sonra dünyaya geri dönməyi şəhidlərdən başqa heç kim arzulamaz. Yalnız şəhidlər qiyamət günündə gördükləri lütflərin çoxluğuna görə yenidən dünyaya qayıtmağı arzularlar.”[7]
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев