\------------------------------------------------------------
QÜRBƏTDƏ BİR ALİM YAŞAR
(Professor Ələddin Allahvrdiyevə)
Insan olmaq asandımı?-
dedilər…
Alim olmaq çətindimi?-
Asan dedilər…
Əsil alim qoruyanda
insanlığını
Onu dahi bilib,
insan dedilər!
.................................…
Alimin kamalı, zəkası dərin,
Kəlmələr inci tək düzülüb gələr.
Müdriklik, dəyanət hopar qanına,
Canından mərifət süzülüb gələr.
Fikri, düşüncəsi, amalı böyük,
Elmin dəryasından inci, zər seçər.
Vətənin, millətin günəşi olar,
Arzusu yolunda canından keşər.
Mötəbər alimin əməllərində
Dünya gülşən olar, həyat laləzar.
Yüzü saga çəkib, sola daşısa
Xalqın taleyini alimlər yazar.
Bu ana Vətənin, Azərbaycanın
Layiqli oğullar başının tacı.
Bir alim yaşyar qürbət ellərdə,
Qərib Göyçəmizin ünlü mehracı.
Elmin qüdrətinə xalq dəyər verər,
Dəyəri verəndə sınamaq gərək.
Mətin insan kimi, bir xadim kimi
Ələddin alimi tanımaq gərək!
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1