Aylar ötüb, illər ötüb sevgilim
Indi, elə zaman yetib sevgilim
Sadəcə sev, məni heç vaxt unutma!
Cəzalısan, daha gecdir qayıtma !!!
Sadəcə sev, yaxın durma, uzaqdan,
Yaxın durma, elə boylan qıraqdan,
Qorxmuram ki, daha oddan,ocaqdan,
Hisslərini mənə qarşı soyutma!
Cəzalısan, daha gecdir qayıtma !!!
Bu cəzanı ömür boyu çəkərsən,
Gün olar ki, qarşımda diz çökərsən,
Şəklim üstə göz yaşını tökərsən,
Elə ağla, üz-gözünü qurutma!
Cəzalısan, daha gecdi qayıtma !!!
Mən ki, sənə bel bağladım o vaxtı,
Dizlərini qucaqladım o vaxtı,
Çox üzüldüm, çox ağladım o vaxtı,
Mən yatmadım,sən də hər gecə yatma!
Cəzalısan, daha gecdir qayıtma !!!
Sən, o zaman mənə dəyər vermədin,
Çox istədim, bir gün səhər vermədin,
Sevdim səni amma məhəl vermədin,
Dedim sənə, mən yazığı gəl atma!
Cəzalısan, daha gecdir qayıtma !!!
Gəlişini, gedişini görmüşəm,
Gəlmişini, keçmişini görmüşəm,
Hər üzünü, hər işini görmüşəm,
Daha bəsdir, bu söhbəti uzatma !
Cəzalısan, daha gecdir qayıtma !!!
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев