"İstedadlı Əlillər" ictimai birliyi birliyin sədri Cavad Qasımovun təşəbbüsü
ilə “Hərəyə bir ağac əkək” şüarı altında ağacəkmə kampaniyasına start verdi.
Aksiyada birliyin sədri Cavad Qasımov, sədr müavini Qubad Qasımov, baş katib
Hüseyn Yusifov və birliyin idarə heyyətinin üzvləri Ilqar Abbasov, Qoshqar
Akberov, Telman Asgerov və "Əlil idmançılara dəstək" ictimai
birliyinin sədri Kamal Məmmədov iştirak ediblər. Corc Enisko parkında start
verilən kampaniya çərçivəsində iştirakçılar hərəyə bir ağac əkərək cəmiyyətin
diqqətini təbiəti qorumağa, ekologiyanın çirklənməsinin qarşısını almağa cəlbetməyə
çalışıblar. "İstedadlı Əlillər" ictimai birliyinin sədri Cavad
Qasımov keçirilən ağacəkmə kampaniyasını yüksək dəyərləndirdiyini deyərək bu
işin gələcəkdə də davam etdiriləcəyini bildirib: “Bu gün biz əlillər simvolik
olaraq adama bir ədəd ağac əkərək cəmiyyəti bu işdə fəal olmağa çağırdıq. Bu
gün bu tədbiri keçirmək çox vacibdir. Çünki bu ənənəni
davam etdirmək hər kəsin borcudur. Bunula yanaşı bu gün əkilən hər bir ağac gələcək
nəsillərə yadigar qalacaq, həm də paytaxtın ekologiyasının təmizlənməsində
vacib rol oynayacaq”. Birliyin baş katibi Hüseyn Yusifov da öz növbəsində çıxış
edərək əlillərin bu prosesə qatılmasını yüksək qiymətləndirdiyini deyir: “Biz
yenicə fəaliyyətə başlamağımıza rəğmən cəmiyyətimiz üçün vacib olan bir çox
mövzularda olduğu kimi bu mövzuda da cəmiyyətin fəal iştirakına öz töhfəmizi
vermək məqsədilə ağacəkmə kampaniyasına həvəslə start verdik. Millətini,
xalqını və dövlətini sevən hər bir şəxs bu cür aksiyalara qoşulmaqla cəmiyyətə
xeyir verə bilər.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 7