Cəhələt dövründə bədəvi ərəblər doğulan qız uşaqlarını bastırırdılar.İzahı da bu idi ki,bizə oğlan lazımdır ki,müharibələrdə döyüşsün.Peyğəmbər gəldi bu işin haram olduğunu çatdırdı və bədəvilər də tövbə edib Allahdan bağışlanma dilədilər.Amma çox təəssüf ki,bu gün bu cahillik ölkəmizdə adi,səviyyəyə çatıb.Bəziləri güya kasıblıqdan dolayı uşaqlarını ana bətnində öldürür.Allah buyurur: Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk.Onları öldürmək, həqiqətən də,böyük günahdır.İsra surəsi 31.Bəziləri isə cahil ərəblər kimi qız uşağı olacağı xəbərini eşitdikdə abort elətdirirlə r.Pe yğəmbər buyurur"Qızı olmayan ata,ata deyil""Hər kəs üç qız uşağı böyüdüb evləndirərsə o cənnətini qazanmışdır".Ey övlad qatili olan valideyinlər məgər sizləri dünyaya gətirən ana,qadın deyilmi?Məgər dünyaya Peyğəmbərlər,dahilər,hökümdarl
ar gətirən qadınlar deyilmi?Ananız bir zaman sizi bətnində öldürmədiyi üçün,bu həyatda varsını z.Bu gün həyatın gözəlliklərini dadmağınız,ananızın sizi bətnində qoryub saxlamağından irəli gəlmirmi?Ey valideyinlər bəlkə sizin xoşbəxt və ya varlı olmağınız abort etdiyiniz körpələrin əlindədir?Axı hansı cürətlə,Allahın ana bətnində xəlq etdiyi varlığa nankorluq edib,onu doğratdırırsını
z?Nə qədər valideyinlər var ki,o uşağın varlığına həsrətdirlər.Cahil ərəblər sadəcə qız övladlarını torpağa gömürdülərsə,si
zlər isə,o körpələri param parca edirsiniz, o, parçalanmış körpələri ya ayaq yoluna töküb suyu çəkirlər,kanalizasiyalara tökülür,ya da,zibil salafanlarında atılır, zibilliklərdə itlərə,pişiklərə yem olurlar.Bunun adı vəhşilik,çahillik deyilmi?Bu gün bəzi "həkimlər"evlərində bir otaq ayırıb abort edirlər.Sizcə onlar o körpə parçalarını gül-çiçək əkdikləri həyətlərindəmi bastırırlar?xeyir onlar sizin qalıqlarınızı heç zibilliyə də atmırlar, çünkü,zibil atanlar o körpəni görsələr o həkimin"abrı"gedəcək.Ən rahat yolu unitazlara töküb sifonu çəkirlər, vəssalam. Bu dünyada hər kəsin haqqı vardır.Hətta ana bətnində olan körpənində.DÜNYAYA GƏLMƏK HAQQI.Siz Allahın verdiyi o haqqa sanki"təpik"atıb qatilə cevrilməyinizdən qorxmursunuzmu?
Qiyamət gününün məhkəməsində nə cavab verəcəksiniz o körpəyə,onun Allahına?körpənizi istəməyib öldürdüyünüz üçün digər sevdiyiniz övladlarınızın başına gələn müsibətlərdən qorxmursunuzmu?Etməyin bu işi.Əlinizi övlad qanına bulaşdırmayın.Qarşıda bir gün bunun bədəlini ödəcəyinizi düşünün!
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев