Предыдущая публикация
Qollarım sinəmin yiyəsin gəzir,
Sinəm doğma kəsin, ay üşüyən qız.
Küsüb ayrıldığın görüş yerini,
Üşüdüb nəfəsin, ay üşüyən qız.
Ağrılar boy atıb xatirələrdə,
Düşüb yaman yerdə xatirə dərdə.
Mən də lal olmuşam, xatirələr də,
Niyə gəlmir səsin, ay üşüyən qız ?!.
Gəl apar, nə qalıb şeirə kimi,
Həsrətin olmadı şeir həkimi...
Səni isitməyən şeirlərimi,
yandır bir az isin, ay üşüyən qız.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1