Azərbaycan RespublikasııMülki Məcəlləsinə əsasən əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmçinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikili də özbaşına tikinti sayılır. Bağırov deyir ki, bir qayda olaraq özbaşına tikinti aparmış şəxs həmin tikintiyə mülkiyyət hüququ əldə etmir. özbaşına tikintiyə mülkiyyət hüququnun məhkəmə yolu ilə tanınması mümkündür. Mülki Məcəllə özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasının ilkin şərti kimi həmin tikintinin yerləşdiyi torpaq sahəsinin şəxsin mülkiyyətində olması tələbini təsbit edir. Özbaşına tikintinin yerləşdiyi torpaq sahəsinin dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması mümkündür. Bu halda mülkiyyət hüququnun tanınmasından deyil, mülkiyyət hüququnun əldə edilməsindən söhbət gedə bilər. Torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsi müvafiq torpaq qanunvericiliyi ilə tənzimlənir. Məsələn, Torpaq Məcəlləsinin XIII fəsli torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qaydasını tənzimləyir. Əgər özbaşına tikinti başqa şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilibsə, onda özbaşına tikintini inşa etmiş şəxs torpaq sahəsini həmin şəxsdən əldə etməlidir. Həmin torpaq sahəsinə sərəncam verib-verməmək isə mülkiyyətçinin hüququdur. Özbaşına tikinti aparılmış torpaq sahəsinin mülkiyyət sənədinin olması tikilmiş evin sənədləşdirilməsi prosesinin ilkin şərtidir. Mülki qanunvericiliyin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasını tələb edən şəxs aşağıdakı halları (faktları) məhkəmədə sübut etməlidir.
1. özbaşına tikintinin yerləşdiyi torpaq sahəsinin şəxsin xüsusi mülkiyyətində olması faktı; 2) özbaşına tikintinin şəhərsalma, tikinti, ekoloji, yanğın təhlükəsizliyi tələblərinə və digər norma və qaydalara uyğunluğu faktı; 3) özbaşına tikintinin digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmaması faktı; 4) özbaşına tikintinin fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmaması faktı.məhkəməyə müraciət etmiş şəxs iddia ərizəsinə aşağıdakı sübutları əlavə etməlidir:
1) torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd (məsələn, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış); 2) özbaşına tikintinin iddiaçı tərəfindən aparıldığını təsdiq edən sənəd (məsələn, podrat müqaviləsi, təhvil-təslim aktı, tikintiyə çəkilmiş xərcləri təsdiq edən qəbzlər); 3) özbaşına tikintinin sanitar-epidemioloji, yanğın təhlükəsizliyi, texniki, ekoloji normalara uyğunluğunu təsdiq edən sənədlər (məsələn, müvafiq səlahiyyətli orqanın rəyi); 4) özbaşına tikintinin saxlanmasının digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərinin pozmamasını təsdiq edən sənədlər və s. Sözügedən sübutların siyahısı təxmini xarakter daşıyır və tam deyil. İşin faktiki hallarından asılı olaraq əlavə sənədlər tələb oluna bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bu halda daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı isə məhkəmə qərarı ilə müəyyən edilir.
Həmin qanunda qeyd olunur ki, tikiliyə mülkiyyət hüququnu tanıdıqdan sonra, vətəndaş tikilini qeydiyyata almaq üçün Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə müraciət etməlidir.
Sənədləri qaydasında olmayan, yaxud bələdiyyə torpaqlarında tikilən evləri necə sənədləşdirmək olar?
1. Bələdiyyələr hesabından fərdi evlərin tikintisi üçün ayrılan torpaqlara sənəd hansı halda verilir?
2. Torpaqlara çıxarış verilməsi üçün tələb olunan alqı-satqı aktı və xəritə-plan vətəndaşlara verilməyib. Hal-hazırda da bələdiyyələrin həmin sənədi vermək hüququ yoxdur. Bunun üçün torpaq sahibləri nə etməlidir?
3. Bu torpaqlarda tikilən evlərə çıxarış almaq mümkün deyil. Çünki əsas sənədlərdən biri- torpağın çıxarışı yoxdur. Bunun həlli yolu nədir?
İlk növbədə aydınlaşdırmaq lazımdır ki, vətəndaş torpağı hansı qaydada əldə edib. Əgər həqiqətəndə bələdiyə torpağıdırsa və bələdiyyə tərəfindən onun istifadəsi üçün ayrılmışsa, bu halda mütləq bələdiyyənin qərarı və ya sərəncamı olmalıdır. Bu sənəd varsa, onun kötüyü arxivdə olur. Birinci növbədə həmin sənədin təsdiq edilmiş surətini əldə etmək lazımdır. Yaxud bələdiyyə torpağını şəxsdən alıbsa, hansı formada aldığını müəyyən etmək lazımdır. Çünki bəzən vətəndaşlar etibarnamə ilə torpaq almağı alqı-satqı kimi başa düşür.
Amma vətəndaşlar arasında alqı-satqı müqaviləsi bağlanıbsa, onda böyük ehtimalla həmin sahəyə çıxarış alınmasında problem yaradan hal tikintidir.
Vətəndaşın əlində bələdiyyə tərəfindən torpaq ayrılması haqqında sərəncam və torpağın eskizi varsa, birinci növbədə tikintiyə dair rəy alınmalıdır. Memarlıq şöbəsindən rəy almaq bir qədər çətin işdir.
Prosesi ardıcıllıqla sadalasaq, ilk növbədə tikintinin eskizi çəkilməli və memarlıq şöbəsinə müraciət olunmalıdır. Memarlıq şöbəsinin rəyi alındıqdan sonra bələdiyyənin qərarı, torpağın eskizi və memarlıq şöbəsinin rəyi ilə birgə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) müraciət etmək lazımdır.
Prosesi ardıcıllıqla sadalasaq, ilk növbədə tikintinin eskizi çəkilməli və memarlıq şöbəsinə müraciət olunmalıdır. Memarlıq şöbəsinin rəyi alındıqdan sonra bələdiyyənin qərarı, torpağın eskizi və memarlıq şöbəsinin rəyi ilə birgə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) müraciət etmək lazımdır.
Qeyd etdiyim mərhələlərin hər hansı birində inzibati orqan müvafiq hərəkəti etməkdən çəkinərsə və imtina edərsə, bu halda vətəndaş imtina barədə məktub aldıqdan sonra bir ay müddətində məhkəməyə müraciət etməli və hüquqi yolla özünə məxsus olan əmlakn sənədlərini almalıdır.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 2