İmam Əli (ə):«Nadan, məlumatı olmadığı bir şeydə özünü alim hesab edəndir. O, hər məsələdə öz rə‘yi və nəzəri ilə kifayətlənər. Daim alimlərdən uzaq gəzər, onların eybindən danışar və onlara irad tutar. Öz əleyhdarlarının səhv yolda olduqlarını düşünər və başa düşmədiyi şeyi batil hesab edər. Qarşısına çıxan bir mətləbdən anlayışı olmayanda onu inkar edər, yalan hesab edər və öz nadanlığı ucbatından deyər:«Mən belə bir şey tanımıram və güman etmirəm ki, belə bir şey ola bilər. Haradadır həmin şey?» Öz nəzərinə və rəyinə arxalanar, halbuki öz nadanlığından xəbəri yoxdur! Nadanlığına görə daim öz cahilliyindən bəhrələnərək, haqqı inkar edər. Nadanlıqdan səfil qalaraq bilik qazanmaq əvəzinə təkəbbür göstərər.»
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев