Yazıq xalqımız bəlkə heç indi də ayılmayıb, bilmir ki, “vurulan” məmurların zir-zibillərinin bu qədər üzə çıxması onlara əvvəldən qurulmuş bir tələdir. Özləri də bu tələdən xəbərdar idilər. Amma yığdıqları sərvət, var-dövlət şirin olduğu üçün qəflətə varmışlar.
İndi də başlayıblar dahi şairimiz Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadənin səfir işləyərkən etdiyi özbaşınalıqları, xəyanəti, dövlətə vurduğu zərbələri (?!) ifşa edib qəzetlərdə yazmağa. Bu işdə həmişə olduğu kimi Müsavat qəzeti yenə aktiv rol oynayır.
O, indiyədək nə qədər ki, səfir işləyirdi, hakimiyyətin bir parçası sayılırdı və heç kim ona güldən ağır bir söz deyə bilmirdi. Bu psixologiyaya sahib olmanın özü də ölkədə diktatura mühitinin mövcudluğundan xəbər verir. Müstəqil fikir sahibi olmayan insanlarımız düşünür ki, birdən hansısa məmuru danlayarıq İlham Əliyevin qəzəbinə tuş gələrik. Çünki onu İlham Əliyev təyin edib. Çünki bütün qüvvələrin bir insanın əlində cəmləndiyi bir ölkədə vəziyyət bu cür olur. Bu, o qədər təhlükəli bir tendensiyadır ki, hətta təkpartiyalı ölkələrdəki diktatura bu vəziyyətin yanında “qələt edir.”
Əslində İsfəndiyar Vahabzadənin də sandıqlarını açıb pambıqlarını tökməyəcəkdilər. Səssizcə-səmirsizcə uzaqbaşı vəzifədən gedib indiyədək yığdıqlarını (?!) yeyəcəkdi. Amma belə olmadı, çünki yeni partiya yaratmış Əli İnsanovun yanında yer aldı. Alın sizə bir nümunə daha. Lap iki nümunə.
Əli İnsanovla metro Tağını müqayisə edin. Birincisi lap YAP-ın qurucularından, yəni xalqı bəlaya salan insanlardan biridir. İkincisi də onun kimi. Degəl ki, metro Tağının başının üstündə Əli İnsanovun başının üstündə olduğu kimi qara buludlar əsmədi. Yeraltı dünyasının “kralını” mtnşiklər yerin yeddi qat dibinə soxsalar da ordan birtəhər çıxa, YAP-ın ofislərinin birində özünə metro obyekti aça bildi. Halbuki onun da dövlətə, vətənə olan xəyanəti əslində aşkarlanmışdı. 3 milyon rüşvəti hardan yığması, dörd jetondan birinin onun cibinə getməsi onun səltənətinin kiçik bir hissəsidir.
Bu insanlar vəzifədə qaldıqları müddətdə özlərinə biznes qurur, obyekt açır, taxt-tac sahibi olur, xalq, dövlət belələrinin vecinə də olmur. Unutmayaq ki, bunları hakimiyyət bilərəkdən bu gün qoyur. Onları şirnikləndirir, var-dövlət sahibi olmasına icazə verir. Yığdıqları hər manat, aldıqları hər rüşvət, gördükləri hər qanunsuz iş onların prezident yanında qrexi hesab edilir ki, sabah bu qrexi də onun əleyhinə işlədib beş dəqiqənin içində onu vətən xaini, xarici dövlətlərin agenti çıxara bilirlər. Sabah-biri gün “çaşanda”, “ayağı büdrəyəndə”, haqqı deməyə başlayanda bütün kariyerası boyu etdikləri başına vurulur, haqqında cinayət işi açılır, qara piar kompaniyasına başlayırlar.
İsfəndiyar Vahabzadə bu rejimdə çalışdığı üçün çoxları indi onun haqqında yazılanların hədyan yox, həqiqət olmasına inanmaq istəyir. Çünki bu rejimdə düz-əməlli, pak adam tapmaq çətindir. Ola bilər sabiq müstəntiq Rüfət kimi vicdanlı adamlar tapılsın ki, onlar da bu cür alçaq, rəzil hakimiyyətdə çalışmaqdan imtina edib “vurulurlar.” Biz imanımızı yandıra bilmərik. Bundan əlavə bu cür qaranlıq, çirkin, Azərbaycan tarixində ləkə kimi qeyd olunan bu rejimə inanmaq da mümkün deyil. Bunlar Xocalıda dərisi diri-diri soyulan, şaxtadan buz bağlayan, dəmir bidonlara ermənilər tərəfindən “svarkalanan” azyaşlı, təmiz, məsum uşaqlardan Zori Balayan düzəldən insanlardır. Kimi istəsələr şərləyə, evini yıxa bilərlər.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев