Hadisənin aprelin 27-də bağ evində baş verdiyi deyilir.
Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbə də təsdiqləyib. Mənbə bildirib ki, hadisənin intihar, yoxsa cinayət olmasıyla bağlı araşdırma aparılır.
Hələlik Baş Prokurorluq və Ali Məhkəmə olayla bağlı rəsmi açıqlama yaymayıb. Hakimin uzaq qohumu isə AzadlıqRadiosu-na bildirib ki, İlqar Dadaşov şəkərli diabetdən əziyyət çəkirdi: “Xəstəlikdən son vaxtlar depressiyaya düşmüşdü”.
1962-ci il təvəllüdlü İlqar Dadaşov hüquqşünas kimi fəaliyyətinə 1989-cu ildə vəkilliklə başlayıb. 4 il vəkil kimi fəaliyyət göstərdikdən sonra 1993-cü ildən prokurorluqda işləyib. 7 il prokurorluqda idarə rəisi olub. İlqar Dadaşov 2000-ci ildən hakim kimi fəaliyyət göstərib. O, Ali Məhkəmədən öncə apellyasiya məhkəməsində mülki mübahisələrə baxırdı. 2010-cu ildən isə Ali Məhkəmənin hakimi təyin edilib.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 6