Xarici fondlardan dəstək alan QHT-lər, media quruluşları və ictimai fəallar bu qanunun keçməməsi üçün günlərdir ki, etiraz aksiyaları edirlər. Onların hamısı Qərb dövlətlərinə bağlı QHT və digər qurumlardır.
Məsələnin maraqlı tərəfi isə budur ki, Gürcüstanın prezidenti Solome Zurabişvili də etirazçıları və Qərb paytaxtlarına bağlı müxalifəti dəstəkləyir. Prezident, müxalifət və Qərb diplomatları qanunun əleyhinə çıxış edərək, onun guya ölkənin Avropa İttifaqına inteqrasiyasına maneə olduğunu iddia edirlər.
ABŞ Dövlət Departamenti də qanun layihəsinin ölkənin “vətəndaş cəmiyyətini sarsıtmaq məqsədi” daşıdığını bildirib.
Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının liderləri isə bildiriblər ki, qanun, yalnız qeyri-hökumət sektorunun və medianın xaricdən maliyyələşməsinin şəffaflığına xidmət edir. Prezident Zurabişvili bildirib ki, qanun layihəsi hər üç oxunuşda qəbul olunarsa, ona veto qoyacaq.
Hökumətin (baş nazir və komandasının) geriçəkilmə meyli başlayıb. Çünki küçə və ictimai təzyiq səlahiyyətsiz prezidentin ən ciddi silahı olan VETO haqqı ilə birləşib.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев