GÖYLƏRƏ MƏKTUB
Ey mələk, gəl apar bu qara baxtı,
Gəl apar, yenidən düz mənə göndər.
Ömrümə vurduğun ilmə-düyünü,
Allah xatirinə çöz, mənə göndər.
Arzuya-muraza çatım Eşq ilən,
Tənhalıq daşını atım Eşq ilən.
Yenidən günaha batım Eşq ilən,
Cənnət almasından üz, mənə göndər.
Adəm övladıyam, tənhayam, təkəm,
Qoyma yalnızlığı tək-tənha çəkəm.
Bəlkə də mən özüm dərdimə yükəm,
Bir Həvva cildində qız mənə göndər.
Vaz keçdim uğursuz səadətimdən,
Bir sona varmadım nəhayətimdə.
Divlər ölkəsində kəsdim ətimdən,
Yarama qoymağa duz mənə göndər.
Başıma oyun aç, yenə iş artır,
Səmadan torpağa bir az düş artıq;
Dərdimi-qəmimi birəbeş artır,
Ocaq çatmaq üçün köz mənə göndər.
Ta üzüm gəlməyir günah etməy
Ramiz Rovsen
AYRILIQ
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, –
Tanıya bilmədim,məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,məni bağışla!
«Ölmədim» deyirəm,
nə bilim axı, –
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim,
nə sən indiki, –
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin,
bu ayın
bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.…
Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz ömründə min yol
Özünü öldürə