Azərbaycanın Milli Qəhrəmanı KƏRİMOV ELGİZ KƏRİM oğlu 1971-ci il yanvar ayının 5-də Bərdə rayonunda doğulmuşdur. 1977-ci ildə məktəbə getmiş, 1987-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il hərbi xidmətə çağırılmışdır. 1989-cu ildə əsgəri borcunu yerinə yetirib, doğma yurda qayıtmışdır. Ermənilər həmin vaxt artıq Azərbaycan torpaqlarına təcavüzə başlamışdılar. Elgiz bu vəhşiliklərə dözə bilmirdi. O, 1991-ci ilin fevral ayında silaha sarılaraq, Vətəninin müdafiəsinə qalxdı. O, könüllülərdən ibarət batalyonun tərkibində Vətən qarşısında öz borcunu layiqincə yerinə yetirirdi. Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv etdi. Gənc əsg