Zelenski əlaqələri inkişaf etdirməyə çalışır və bu, təbiidir
Ukrayna Prezidenti təklif edir ki, Türkiyə ilə yanaşı, Ukrayna ərazisi də tranzit kimi istifadə oluna bilər
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 21-də Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında dövlət başçıları regional təhlükəsizlik və enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət zamanı hər iki ölkənin aidiyyəti qurumlarına birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqların veriləcəyi bildirilib.
Zelenskinin Bakıya zəngini şərh edən politoloq Fuad Abbasov "Sherg.az"a bildirib ki, Ukrayna Prezidenti V.Zelenski xüsusən