Предыдущая публикация
Qurban bayramı həm islamın bir din kimi tamamlandığı və insanlar üçün hidayət yolu olaraq seçildiyi mübarək günün təcəssümü, həm də xeyirxahlıq, şəfqət və mərhəmət bayramıdır.
Bu ilki Qurban bayramında 30 illik Qarabağ həsrətinin sonunu və tarixin ən möhtəşəm bayram sevincini – Vətən müharibəsindəki Qələbənin təntənəsini yaşayırıq. Şuşa və Ağdam məscidlərinin minarələrindən azanların səslənməsi, qurbanların kəsilməsi və əzəli torpaqlarımızda üç rəngli bayrağımızın dalğalanması çox qürurvericidir.
Bu mübarək gündə Sizlərə möhkəm cansağlığı, ailənizə xoşbəxtlik, süfrənizə bol ruzi-bərəkət arzulayıram. Kəsilən bütün qurbanlar qəbul olunsun.
Qurban bayramınız mübarək!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 12