Adını şanlı tariximizə yazan, şəhid Generalımız Polad Həşimovun anası Səmayə Ana dəvətimizlə İstanbula gəldi. Bu gün nur üzlü Səmayə xanım ofisdə bizi ziyarət elədi. Gözündə kədər olsa da baxışları çox qürurlu idi.
Oğlu ilə fəxr edirdi!
Biz də Generalımızla fəxr edirik. Vətənə Polad kimi oğullar verən anaların qarşısında da baş əyirik. Allah sizləri bizə çox görməsin.