Salam Allah. Başımız texnologiyaya o qədər qarışıb ki, sənə vaxt ayıra bilmirik, bizi bağışla. Komputerin qarşısında saatlarla oturmaqdan belimiz bükülür, ama sənə səcdə etmək üçün yorğunuq, Allah.. Şeytanla oturub çay içirik, biz günaha ən yaxın adamlarıq, Bilirsən, pis zamanda doğulmuşuq, zamanın tələbləri bizi səndən uzaqlaşdırır. Məscidlər hündür gecə klublarının arasında itib-batır, bizi qınama.. Gənclərin çoxu saqqal saxlayır, ama dinin tələbidir deyə yox, dəb üçün.. Biz nəinki Səndən, elə özümüzdən də uzağıq, bizi bağışla.. Sən hər yerdə varsan, hər yerdə sənə ibadət etmək olar amma, o həddə çatmışıq ko,küçənin ortasında namaz qılan birini görsək, bunu özünü reklam edirmiş kimi başa d