İyul və avqust ayları nə üçün ardıcıl olaraq 31 gündür?
Yazırlar ki, bizim indi işlətdiyimiz təqvimin yarandığı ilk dövrlərdə bir çox anlaşılmazlıq və qarışıqlıqlar var imiş. Deyilənə görə, Yuli Sezar təqvimdəki qarışıqlıqları həll etmək üçün Misirdən astronomiya alimi Sosigenesi yanına çağırtdırır. O vaxtlar 1 ilin 365 gün 6 saat davam etdiyi bilinirdi.
Sosigenes qarışıqlığı belə həll edir: Hər il 365 gün davam edəcək. Deməli, hər ildən 6 saat artıq qalacaq. Həmin saatlar 4 ildən bir təqvimə əlavə olunacaq və dörd ildən sonrakı il 366 gün olacaq. 366 gün isə 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, digər 6 ay 31 gün davam edəcək. Bəs “qısa illərdə” ayların bölgüsü necə apa