İnsanların sənin haqqında nə düşündüklərinə əhəmiyyət verməyərək, ömrünü uzada bilərsən. Unutma ki, heç kim sənin dalğalarla necə savaşdığına baxmaz. Gəmini limana gətirib gətirmədiyinə baxar…
Xidmət etdiyim müddət ərzində bütün rəhbərlərimə sadiq olaraq heç vaxt ümumi məqsədlərə xəyanət etməmişəm. Sadiqliyin ən yüksək təzahürü kimi mənə etibar edilən işlərə maraq və məqsəd güdmədən özümünkü kimi qəbul etmişəm.
19 illik fəaliyyətim dövründə bütün sahələrdə iş vaxtından artıq işləməyə qalaraq verilən tapşırıqları, istənilən ictimai işləri asanlıqla qəbul edərək, həmişə rəhbərliyin tərəfində olmuşam. Xidmət etdiyim müəssisələrdə müəyyən edilmiş davranış qaydalarına daim riayət edərək, qəbul edilmiş ənənələrin daşıyıcısı kimi, mövcud iş şəraitindən daim razı qalmaqla, işlədiyim kollektiv haqqında hər zaman müsbət fikirdə olmaqla, mənə həvalə edilmiş vəzifələri vicdanla yerinə yetir
26 may Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Mirmuraz Cəfərovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Denis Əliyevin, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi #Asim Abbasovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Elmir Kərimovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Ramil Yunisovun, Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsinin şəhidi #Rəşad Mirzəlinin doğum günüdür.
Allah bütün şəhidlərimizə rəhmət etsin inşallah.
Tanınmış Azərbaycan ədəbiyyatşünası, publisist Vəli Xuluflu 1894-cü ilin bu günü anadan olub. Uzun müddət mətbuatda və elmi-tədqiqat institutlarında çalışıb. Yeni Türk (Azərbaycan) Əlifbası Komitəsinin üzvü və yeni əlifbanın digər ölkə xalqları arasında yayılması üzrə təlimatçı olan Vəli Xuluflu “Yeni türk əlifbası”, “Koroğlu”, “Tapmacalar”, “Səlcuq dövlətinin daxili quruluşuna dair” və digər kitabların müəllifidir. (1894-1938)
***
26 may Azərbaycan Kommunist Partiyası MK-nın I katibi, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, general-polkovnik, Mircəfər Bağırovun vəfat etdiyi gündür.
Mircəfər Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində zəhmətkeş ailəsində anadan olmuşdur. Atası Mirabbas, anası Yaxşı xanımdır. Mircəfər ailələrində ən kiçik uşaq olub. Böyük bacısı Seyid Məsumə 1883-cü anadan olmuşdur. Mircəfər Bağırovun 2 övladı olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat edir. Məsumə və digər bacısının təkidi ilə Mircəfər Bağırov 4 ildən sonra İçərişəh