22 may görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin xatirə günüdür. Hadi romantizm üslubunda gözəl şeirlərilə türk ədəbiyyatında özünəməxsus yer tutur. Şərq ədəbiyyatı, tarixi, ərəb və fars dillərini mükəmməl bilən şair “Həyat” qəzeti və “Füyuzat” jurnalında işləyib. 1911-1914-cü illərdə İstanbulda yaşayıb, burada Tofiq Fikrət və Rza Tofiqlə dostluq edib. Nizami, Ömər Xəyyam, Hafiz və başqa klassiklərdən tərcümələri olan, yaradıcılığında maarifçilik ideyaları mühüm yer tutan, 1918-ci ildən Gəncə və Bakıda yaşayan Məhəmməd Hadi çox yoxsul həyat sürüb, şeirlərini satmağa məcbur olub. Şair 1920-ci ilin 22 mayında 41 yaşında dünyasını dəyişib. (1879-1920)
Bu gün şəxsiyyətinə böyük hörmət bəslədiyim, mədəni və mərd insan, minlərlə insana elm öyrətmiş ziyalı, Gəncəmizin fəxri və ağsaqqalı, uzun illər dostluğa sədaqətli olmuş dəyərli müəllim, gözəl hikmət sözlü, gənclərə örnək olmaqla, böyük həyat təcrübəsinə malik olan müdrik insan, Ümummilli Liderimiz Heydər Əliyev ideologiyasının fəlsəfi təbliğatcısı, ağsaqqalımız İlham Həsənovun doğum günüdür.
Bu münasibətlə İlham müəllimi təbrik edirəm, Uca Allahdan, həyatın ən gözəl neməti olan can sağlığı, firavan həyat, ailə sədəti, xoşbəxtlik, daim ruhun cavan və təravətli olmasını arzulayıram.
Bu gün gözəl qəlbli, Vətəninə sadiq, dövlətini sevən, xalqına bağlı, hamıya qayğı ilə yanaşan səmimi insan, dəyanətli və vətənpərvər şəxsiyyət, prinsipial və dəyərli ziyalı, Dövlətini və Millətini sevən rəhbər, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri, Səbuhi Abbasovun doğum günüdür.
Bu münasibətlə Səbuhi müəllimi səmimi qəlbdən təbrik edir, ona həyatən ən gözəl neməti olan can sağlığı, firavan və xoşbəxt həyat, bərəkətli və mənalı ömür arzulayıram!
22 may Beynəlxalq Biomüxtəliflik Günüdür.
Əvvəllər həmin gün dekabrın 29-da qeyd olunurdu. Lakin 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir.
1992-ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan 2000-ci ildə qoşulub. Konvensiya dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə yaradılıb. Konvensiyanın təməl prinsiplərinə uyğu
21 may Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Elgiz Abbaslının, Azərbaycan Daxili Qoşunlarının əsgəri, Vətən müharibəsinin şəhidi #Elməddin Həsrətovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Emin İsmayılovun, Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi #Hasil Abdullayevin, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Taleh Yusifovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Tərlan Rzayevin, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi #Fərid Əsgərovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Güləddin Şahbabayevin, Azərbaycan Silahl