Allah sənə rəhmət etsin Kəramət!
Artıq 5 ildir ki, sən haqq dünyasındasan. Cox heyif ki, sənin kimi insanları itirdik. Sən laiqli əməkdaş və sədaqətli bir insan idin.
Allah sənə rəhmət etsin inşallah.
Qeyd edim ki, Şəmkir rayonun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilmişdir.
Bu günə qədər cinayət törətmiş şəxs və ya şəxslər tapılmayıbdır.
Bu gün Ümumdünya Astma ilə Mübarizə Günüdür
Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il mayın birinci çərşənbə axşamı keçirilir. Həmin gün ilk dəfə 1998-ci ildə qeyd olunub və Ümumdünya Bronxial Astma Forumuna 35 ölkə qoşulub. İldən-ilə həmin ölkələrin sırası genişlənir.
Bu günün keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini astma ilə xəstələnmənin artması probleminə cəlb etmək, ondan əziyyət çəkənlərə göstərilən köməyin keyfiyyətini yüksəltmək və bu barədə insanları məlumatlandırmaqdır. Yunan dilindən tərcümədə astma – "ağır nəfəs" deməkdir. Həmin terminin müəllifi Hippokrat hesab edilir və onun "Daxili iztirablar haqqında" əsərində spazmatik xarakter daşıyan astmanın əsas
2 may böyük ürəkli insan, sadə və səmimi ziyalı, Dövlətini, Millətini sevən ağsaqqal, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat, "ADA" Universitetinin rektoru Hafiz Paşayevin doğum günüdür.
Hafiz müəllimi səmimi qəlbdən təbrik edirəm, Uca Allahdan can sağlığı, firavan həyat, ailə xoşbəxtliyi arzulayıram.
Hafiz Mir-Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olmuşdur. 1963 – Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmişdir
1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmişdir.
1 may XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tarixi romanlar müəllifi, yazıçı və publisit Məmməd Səid Ordubadinin xatirə günüdür. M.S.Ordubadi 1930-1940-cı illərdə yazdığı “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qılınc və qələm” əsərlərilə Azərbaycan ədəbiyyatına tarixi romanlar bəxş edib. O həm də “Koroğlu”, “Nizami”, “Nərgiz” operaları və “Beş manatlıq gəlin”, “Ürəkçalanlar” musiqili komediyalarının müəllifidir. (1872-1950)